Əlaqə Arxiv
news Image
2018.03.23
09:00
| A A A
Resepti gizlədilən və yalnız imperator ailəsinin içdiyi MÖCÜZƏVİ ÇAY

Çay içməyi hər birimiz xoşlayırıq. Xüsusilə də yaşıl çayın sağlamlığa faydalı olduğu bilinir. Amma son zamanlar ondan da faydalı bir çay növünün, ağ çayın olması barədə mütəxəssislər məlumat verir. Bəs ağ çayı qara və yaşıl çaydan fərqləndirən əlamətlər hansılardır? Movqe.az milli.az-a istinadən bununla bağlı faydalı məlumatı diqqətinizə çatdırır.

Ağ çay əslində qara və yaşıl çaylar kimi eyni bitkidən əldə edilir. Camellia Sinensis adı verilən bitkidən əldə edilən çayların arasındakı fərqi isə həm seçilən yarpaqlardan, həm də hazırlanma formasından qaynaqlanır. Bu çaylar eyni bitkidən toplanmış olsalar da, dadları bir-birindən fərqlidir. Ağ çayın tarixi Çinə dayanır. Bu çayın çox faydalı olduğu bilindiyindən, xarici ölkələrdən gizlin saxlanmış və sadəcə imperator ailəsi üçün istehsal olunmuşdur. Hazırda da ən az istehsal olunan çay növüdür.

Ağ çay, Camellia Sinensis bitkisinin yarpaqlarının tam yetişmədən yığılması nəticəsində hazır olur. Yarpaqlar tam olaraq yetişmədiyi üçün ağ tüklü bir görünüşü olur. Ağ çay adını da bu görünüşdən alıb. Ağ çayın bir çox növü var. Bu növlər aromasına, tumurcuq sayına, yarpaqlarına görə dəyişir. Ən keyfiyyətli ağ çay "silver needle" olaraq bilinən çaydır. Bu çay tamamilə açılmamış yarpaqlardan hazırlanır.

Ağ çay əllə tək-tək toplandığı və heç bir əlavə müdaxilə görmədiyi üçün daha təbii və faydalıdır. Daha az istehsal müdaxiləsi gördüyü üçün kateşin adı verilən antioksidantlar baxımından olduqca zəngindir. Bu kateşinler bağırsaq, prostat, mədə kimi bir çox xərçəng növünə qarşı qoruyucu təsir göstərir. Xərçəng hüceyrələrinin böyüməsinin qarşısını alaraq yenilərinin yaranmasını əngəlləyir. Beyin inkişafına da müsbət təsiri var.

Tərkibindəki kateşinlər, damarların genişlənməsini təmin edərək qan təzyiqini aşağı salır və ürək sağlamlığını qorumaqda yardımçı olur.

Antioksidant tərkibli olduğu üçün sərbəst radikalların yaranmasını əngəlləyir və dəri yıpranmalarını önləməyə də dəstək verir.

Hüceyrə yeniləyici özəlliyə malik olduğuna görə hüceyrələrin yenilənməsinə kömək edir.

İmmunitet sisteminin qorunmasında rol oynayır.  

Təzyiq və xolesterolun aşağı salınmasına kömək edir.

Diş sağlamlığı üçün olduqca təsirlidir.

Ağ çayın yaşıl və qara çaya görə antioksidant özəlliyi daha çoxdur. Güclü antioksidant özəlliyi ilə sərbəst radikalları bədəndən uzaqlaşdırır. İmmunitet sistemini gücləndirir. Xəstəliklərdən qoruyucu təsir göstərir.

Günəş, stress və pis qidalanmaya bağlı olaraq erkən yaşlanmaya qarşı, hüceyrələrin zərər görməsini əngəlləyərək dərini qoruyur və yaşlanma təsirlərini gecikdirir.

 

Damarlarda düzgün qan dövranını təmin edərək yüksək qan təzyiqini önləyir.

Tərkibində kafein səviyyəsi yaşıl və qara çaya nisbətən çox azdır.

Metabolizmanı sürətləndirərək yağ yanmasını artırır. Doğru qidalanma və idmana dəstək olaraq içilən ağ çay arıqlamağa və çəkinin qorunmasına yardımçı olur.

Viruslara qarşı bədəni qoruyucu özəlliyi var. HIV simptomlarının azalmasına yardımçı olur.

Yaxşı xolesterolu (HDL) yüksəldərkən, pis xoslesterolu (LDL) aşağı salaraq ürək-damar sağlığını qorumağa yardımçı olur. Aparılan araşdırmalarda gündə 2 və ya daha çox ağ çay içən şəxslərdə ürək tutması ilə bağlı ölüm riski 50 faiz azalıb.

Qan şəkərini və insulin səviyyəsini tənzimləyərək şəkər xəstəliyinin önlənməsində və müalicəsində müsbət təsir göstərir.

Tərkibindəki az miqdarda florid diş və diş ətini qoruyur. Onlarda ərp, çürük yaranmasının qarşısını alır və ağızda pis qoxuya səbəb olan bakteriyaları öldürür.

Sümük quruluşunu gücləndirir. Revmatoid artrit ve revmatizm xəstəliklərinə fayda verir.

Ağ çaydan necə istifadə etmək lazımdır?

Ağ çay qətiyyən qaynadılmamalıdır. Dəmləmə yolu ilə 5-6 dəqiqə saxlayıb içmək lazımdır.

Sizin Reklam Yeriniz