Əlaqə Arxiv
news Image
2018.05.15
12:49
| A A A
Üzüm virusları öldürür

ABŞ-ın xəstəliklərə nəzarət və profilaktika mərkəzinin alimləri üzüm və kakaonun tərkibindəki fenol birləşmənin-resveratrolun antivirus xüsusiyyətinə malik olduğunu müəyyən ediblər.

Movqe.az oxu.az-a istinadən xəbər verir ki, tədqiqatçılar inək çiçəyi virusuna yoluxmuş insan hüceyrələrinə bu kimyəvi birləşməni yeridiblər. Məlum olub ki, hüceyrələrdə resveratrolun səviyyəsinin yüksək olması yoluxmanın ilkin mərhələlərində virusların çoxalmasının qarşısını alır.

Meymunlar üzərində aparılan tədqiqatlarda resveratrolun meymun və insanların yoluxduğu meymun çiçəyi virusu ilə mübarizədə effektiv vasitə olduğu aşkarlanıb. Bu virusa yoluxanların 10% aqibəti ölümlə nəticələnir.

2017-ci ilin noyabr ayında Britaniya Universitetinin tədqiqatçıları resveratrol maddəsinin mRNT (matriks ribonuklein turşular) prosesinin normallaşmasına, splaysinq faktorunun aktivliyinə təsir etdiyini müəyyən edib.

 

Bu hüceyrələrin cavanlaşmasına və ömürünün uzanmasına səbəb olur. Eyni zamanda, resveratrol maddəsi yağları əridir, ağ piy toxumasının orqanizm üçün faydalı qonur piy toxumasına çevrilməsinə imkan verir.

Resveratrol bir sıra bitkilərin parazitlər, bakteriya və göbələklərdən qorunmaq üçün ifraz etdiyi maddədir.

Sizin Reklam Yeriniz