news Image
2018.07.17
11:16
| A A A
Yüksək təzyiqi dərmansız müalicə edən ÜSULLAR

Hipertoniya dünyada ən çox yayılmış xəstəliklər sırasındadır. Əvvəllər yaşlı insanlarda daha çox müşahidə edilsə də, aparılan araşdırmalar göstərib ki, xəstəlik xeyli cavanlaşıb.
 
Hipertoniyanın ilk mərhələlərində onu çox asan, dərmansız müalicə etmək isə mümkündür. Bunun üçün sadəcə bəzi qaydalara riayət etmək lazımdır.

Movqe.az medicina.az-a istinadən sözügedən qaydaları təqdim edir:

- Orqanizmə duzun daxil olmasını azaldın. Çünki tərkibində olan natrium orqanizmdə mayeni saxlayır və bununla da qan təzyiqinin yüksəlməsinə səbəb olur.

- Artıq çəkidən azad olun. Xəstəliyin ilk səbəblərindən biri artıq çəkidir. Bir çox hallarda yalnız bədən çəkisini azaltmaqla təzyiqi normallaşdırmaq mümkündür.
 
- Daim aktiv olun. Fiziki hərəkətlər qan dövranını stabil saxlamağa kömək edir.

- Spirtli içkilər, siqaret, qəhvə və tünd çaydan imtina edin. Çay və qəhvənin əvəzinə itburnu dəmləməsi, ot çayları (qara qarağat, albalı, moruq yarpaqlarından və s.) için.

- Qidalanmanızda daim kalium, kalsium və maqneziumla zəngin olan məhsullar olmalıdır. Bu mineralla təzyiqi tənzimləməyə kömək edir.

 

Kaliumla zəngin olan məhsullar: ərik və ərik qurusu, kartof, gül kələmi, balqabaq, banan və s.

Kalsium: süd və süd məhsulları.

Maqnezium: qoz, buğda kəpəyi, yarmalar (qarabaşaq, yulaf , arpa), kartof və s.

- Stress vəziyyətlərdən qaçın.