Əlaqə Arxiv
news Image
2018.10.31
12:00
| A A A
Səhərlər ac qarına isti su içməyin faydaları

Yuxudan duranda isinmək üçün günə bir fincan isti çay və ya qəhvə ilə başlayırıq. Bəzilərinin də su içmək vərdişi var və bir stəkan soyuq su içirlər.

Movqe.az  milli.az-a istinadən bildirir ki, səhərlər ac qarına bir stəkan isti su içmək orqanizm üçün çox faydalıdır.

Orqanları təmizləyir

Səhərlər isti su içmək orqanizmin zərərli toksinlərin təmizlənməsinə kömək edir. Çünki su və digər maye mədədə qidaların parçalanması və həzm sistemini yaxşılaşdırır.

Metabolizmanı artırır

Səhərlər boş mədəyə bir stəkan isti su içmək metabolizmanı artırır və orqanizmin yaxşı fəaliyyətini dəstəkləyir. Mədədəki bakteriyalar isə yoxa çıxacaq.

Ağrını azaldır
Bəzən isti su ən güclü təbii dərmandır və aybaşı tsiklində olan ağrıları azaldır. Çünki suyun istiliyi qarın əzələlərini rahatladır və bu da ağrıları azaldır. 

 

Arıqlamaq

Müxtəlif pəhrizlərdən istifadə edənlər hər səhər bir stəkan ilıq su içsə, arıqlamağa kömək edər. İsti su orqanizmin istiliyini artırır və orqanizmi sürətləndirir.

Nəticədə orqanizm daha çox kalori yandırır.

Qocalma prosesini yavaşladır

Erkən yaşlanma xüsusən də qadınlar üçün pis kabusdur. Amma səhərlər isti su içərək bunun qarşısını ala bilərik. Çünki orqanizmdəki toksinlər yaşlanma prosesini sürətləndirir. İsti su isə toksinləri orqanizmdən xaric edir və dərini gümrahlaşdırır.

Sizin Reklam Yeriniz