Əlaqə Arxiv
news Image
2018.10.17
13:30
| A A A
Qaraciyər sağlamlığını qorumağın yolları

Qaraciyərin fəaliyyətinə, eyni zamanda, bir sıra xəstəliklərin və piylənmənin qarşısını almağa faydalı ərzaqlar hansılardır?

Movqe.az AZƏRTAC-a istinadən bildirir ki, bir çox ərzaqlar kimi yulafın da tərkibində olan lifli maddələr artıq çəkidən qurtulmağa kömək edir ki, bu da qaraciyərin fəaliyyətinə müsbət təsir göstərir.

Qəhvə

Düzgün qidalanmamaq və ya alkoqollu içkilərin qəbuluna baxmayaraq gündə 2-3 fincan qəhvə qaraciyərin fəaliyyətinin tənzimlənməsinə kömək edir və xərçəng riskini aradan qaldırır.

Yaşıl çay

Yaşıl çayın tərkibindəki antioksidantlar xərəçəngin yaranma riskini aradan qaldırır. Bu xüsusiyyət ispanaqda da var.

 

Qaragilə

Qaragilə bitkisinin tərkibi polifenol birləşmələrlə zəngindir. Bu da qaraciyərdə piy toplanmasının qarşısını alır.

Badam

Badamın tərkibində çoxlu miqdarda E vitamini var ki, bu da qaraciyər piylənməsi ilə mübarizədə kömək edir.

Sizin Reklam Yeriniz