Əlaqə Arxiv
news Image
2018.11.12
20:33
| A A A
Bu xəbəri miqrendən əziyyət çəkənlər oxusun

Harvard Universiteti alimləri araşdırma nəticəsində aşkar ediblər ki, miqrendən əziyyət çəkən qadınlarda bu pozulmadan əziyyət çəkməyənlərlə müqayisədə ürək-damar sistemi xəstəlikləri daha tez-tez inkişaf edir.

Movqe.az sağlamolun.az-a istinadən bildirir ki, araşdırmada 115 min qadın iştirak edib. Bu qadınların 15 %-i miqrendən əziyyət çəkirdi. Araşdırma göstərib ki, baş ağrılarından əziyyət çəkən qadınlarda ürək-damar sistemi xəstəliklərinin riski 2 dəfə çox olub.

Miqrendən əziyyət çəkən qadınlarda infarkt və stenokardiya kimi pozulmalara daha tez-tez rast gəlinir.

Bundan əvvəl aparılan araşdırmalar göstərib ki, miqren insultun riskini artırır.

Alimlər qadınlara miqrendən passiv şəkildə əziyyət çəkməyi deyil, miqreni müalicə etməyi tövsiyə edirlər.

Sizin Reklam Yeriniz