Əlaqə Arxiv
news Image
2018.11.15
10:45
| A A A
30 saniyədə baş ağrısından qurtulmağın asan yolu
Başağrıları üzrə mütəxəssis olan doktor Ceyn Leonard ilginc məsləhətlə çıxış edib.

Movqe.az Axşam.az-a istinadən xəbər verir ki, o bildirib ki, baş ağrıları zamanı diş arasında sadə karandaş sıxmaq lazımdır.

Həkimin sözlərinə görə, yorğunluq, gərginlik, stress üz, boyun və baş əzələlərinin spazmına səbəb olur. Baş ağrısı zamanı aşağı çənə əzələləri gərginləşir. Ona görə başınız ağrıyan kimi, əl altında olan taxta qələmi dişləriniz arasında 30 saniyə sıxmaqla bu gərginliyi azalda bilərsiniz. Bu kiçik fənd - yəni dişlərin arasında karandaşın sıxılması əzələləri rahatladır, ağrının keçməsinə kömək edir.

Sizin Reklam Yeriniz