Əlaqə Arxiv
news Image
2018.12.08
12:15
| A A A
Ukraynalı vegan-aşpazdan pulsuz master klass - FOTOLAR

 

 

Xəbər verdiyimiz kimi, ukraynalı məşhur vegan-aşpaz Konstantin Stolyarov 3-cü dəfə paytaxtımızın qonağı olub.

Movqe.az az xəbər verir ki, xarici aşpaz 30 noyabr tarixində “The Green” restoranında pulsuz master klass keçib.

“Boomerang Label” və “Wedding Art House”un rəhbəri Nigar Məmmədovanın təşkil etdiyi “Vegan Boom in Baku 2” adlı layihə paytaxt sakinlərinin böyük marağına səbəb olub.

Tədbirin bu dəfəki məqsədi bitki yağlarının əsasən də zeytunun faydalarından bəhs etmək olub.

Konstantin Stolyarov tədbirə qatılan qonaqlara vegan yeməklərin hazırlanmasını, yeməklərin daha mükəmməl  dadması üçün zeytun yağından necə istifadə olunması və sağlam qidalanmanın yollarını öyrədib.

Qeyd edək ki, “Vegan Boom in Baku 2”nin rəsmi partnyorları

“Zeytun Bağları”, “Aura” təmizlik kağızları və “Casablanca Travel”dir.

 

Fotolar:

Sizin Reklam Yeriniz