Warning: opendir(/home/movqe/www/cache/): failed to open dir: No such file or directory in /usr/local/lib/php/Cache/Lite.php on line 632
8 saatdan çox yatırsınızsa, mütləq oxuyun!
 
 
news Image
2018.12.18
19:04
| A A A
8 saatdan çox yatırsınızsa, mütləq oxuyun!

Yuxunun az olması ziyanlıdır - ürək-damar sistemi xəstəliklərinin və hormonal pozulmaların riskini artırır, immuniteti zəiflədir.

Bu səbəbdən mütəxəssislər gecə 6-8 saat yatmağı tövsiyə edirlər.

Lakin çox yatmaq da sağlamlıq üçün ziyanlıdır.

Belə ki, bir neçə ölkədən olan alimlər 8 il ərzində yuxunun sağlamlığa olan təsirini araşdırıb. Milli.Az saglamolun.az-a istinadən bildirir ki, araşdırmada 21 ölkədən 35-70 yaş arasında 116 mindən çox insan iştirak edib.

Movqe.az xəbər verir ki, araşdırma göstərib ki, 6-8 saat yatan insanlarda müxtəlif xəstəliklərin riski daha azdır.

8-9 saat yatan insanlarda müxtəlif xəstəliklərin riski 5%, 9-10 saat yatan insanlarda - 17%, 10 saatdan çox yatan insanlarda 41% artır.  

Maraqlıdır ki, araşdırmanın nəticələrinə görə, yuxunun az olması insan sağlamlığına daha az ziyan vurur.

Bundan əvvəl aparılmış araşdırma göstərib ki, 8 saatdan çox yatan qadınlarda süd vəzi xərçəngi riski 20%-ə qədər artır.

 

Milli.Az