Əlaqə Arxiv
news Image
2018.12.21
19:47
| A A A
Qışı sağlam keçirmək üçün bunlara əməl edin

Havanın soyunması immunitet sistemini zəiflədir. Bu səbəbdən də qışda tez-tez xəstələnirik. Bəs, bunun qarşısını almaq üçün nə etmək lazımdır.

Movqe.az axşam.az-a istinadən qış aylarını xəstəliksiz keçirmək, immuniteti gücləndirmək üçün əməl etməyiniz gərəkən qaydalar haqda məlumat verir:

1. İmmuniteti gücləndirməyin ilk şərti düzgün qidalanmadır. Bunun üçün tam taxıl məhsullarını, karbohidratları, zülal və yağı balanslı qəbul edin. Siqaret, spirt və şəkərdən uzaq durun. Soğan, sarımsaq, ispanaq, şüyüd, cəfəri, pomidor, gül kələmi yeyin, çünki onlar antioksidant baxımından zəngindir.

2. Kifayət qədər rahat yatın. Qədərində yuxu sağlamlığımız üçün su içmək qədər əhəmiyyətlidir. Yaxşı yuxunun əsas göstəricisi adamın səhər rahat oyanması və gün ərzində özünü gümrah hiss etməsidir. Keyfiyyətsiz bir yuxu müvazinəti pozur, immunitet sisteminin zəifləməsinə səbəb olur.

3. Həftədə ən az 3 gün açıq havada gəzin. Xüsusilə açıq və təmiz havada zaman keçirmək sağlam bir orqanizm və güclü immunitet sistemi üçün olduqca vacibdir.

4. Hərəkətsiz qalmayın. Kompüter qarşısında və hərəkətsiz çox vaxt keçirməyin.

5. Nizamlı qaydada idman edin. Xəstəlikdən qorunmaq və əngəlləmək üçün idmanın çox böyük əhəmiyyəti var. Nizamlı məşq etmək immunitet sistemini qüvvətləndirir, viruslarla və bakteriyalarla mübarizəni təmin edir.
7. Özünüzü həddindən artıq yormayın. Dincəlmək üçün özünüzə zaman ayırın.

8. Stressdən uzaq durun, ya da stressi məğlub etməyə çalışın. Bədən stressi yox etmək üçün maddələr istehsal edir və tarazlığı tənzimləyir, bununla da immun sistemində tənəzzül meydana gəlir. Bu səbəblə stress halında hamımız daha tez-tez xəstələnərik.
 
9. Sevdiyiniz insanlara vaxt ayırın. Sevdiklərinizlə çox vaxt keçirin, güclü sosial əlaqələr qurun.

10. Pozitiv düşünün. Müsbət düşünmək insanı fiziki və duyğusal olaraq rahatlaşdırır.

Sizin Reklam Yeriniz