Əlaqə Arxiv
news Image
2019.01.08
21:16
| A A A
Enerji içkiləri kökəldir?

Bu günlərdə sosial şəbəkələrdə ən çox müzakirə edilən mövzulardan biri də enerji içkiləridir. Enerji içkilərinin qiymətində edilən artım böyük ehtimalla onun satışını azaldacaq. Enerji içkilərinin zərərlərini nəzərə alsaq, bu orqanizm üçün çox faydalıdır.

Bəs enerji içkiləri çəkiyə necə təsir edir?

Movqe.az Milli.Az-a istinadla xəbər verir ki, bir enerji içkisinin tərkibində təxminən 20 qaşıq şəkər var ki, bu da "Coca Cola"nın tərkibində olan şəkərdən də çoxdur.

Şəkər nə qədər çox olarsa, orqanizm üçün mənfi təsir göstərir və piylənməyə səbəb olur.

Qeyd edək ki, 2010-cu ildə ABŞ-da kofein tərkibli spirtli enerji içkiləri tamamilə satışdan çıxarılıb. Elə həmin il Litvada energetik içkilərin yetkinlik yaşına çatmayanlara satışına qadağa qoyulub.

Sizin Reklam Yeriniz