Əlaqə Arxiv
news Image
2019.01.15
13:36
| A A A
Bu vitamin virusları məhv edir

Fəsil dəyişikliyi, havaların soyuması, xarici ölkələrdə qrip epidemiyasının qeydə alınması, virus mənşəli epidemiya - donuz, quş qripi və s. ölümcül xəstəliklərə gətirib çıxarır. Lakin hətta qrip epidemiyası zamanı heç də hamı xəstələnmir.

“Movqe.az Medicina.az-a xəbər verir ki, əgər bir insanın immun sistemi normal fəaliyyət göstərirsə, orqanizmin özünümüdafiə sistemi işə düşür və viruslardan qoruyur.

orqanizmdə C vitamini çatışmazlığı infeksiyalara meyillik və yoluxmaya səbəb olur.

 

Virus infeksiyaları zamanı yüksəkdozalı C vitamini infuziyanın terapevtik faydası sübut olunub.

Yüksəkdozalı C vitamini infuziyasının çoxsaylı farmakoloji xüsusiyyətləri içərisində aşağıdakılar immun sisteminə təsir edərək, virus infeksiyalarının profilaktikasında əhəmiyyətlidir:

- İmmun sisteminin spesifik hüceyrələri olan T helperlərin və neytrofillərin aktivliyini normallaşdıraraq, virus və bakteriyaya qarşı immun cavabı təmin edir

- Komplement sistemini aktivləşdirir

- İnterferon sintezini artırır

- Antioksidant təsir göstərərək immun sistemini aktivləşdirir

Yüksəkdozalı Vitamin C infuziyasından aşağıdakı xəstəliklərin müalicəsində istifadə oluna bilər:

- Qrip, o cümlədən donuz, quş qripi

- Kəskin respirator virus infeksiyaları

- Herpetik infeksiya

- HPV

- Virus hepatitləri  A, B, C

- Qızılca

- Məxmərək

- Suçiçəyi

İstifadə qaydası:

- Yaşa və göstərişə uyğun dozada venadaxili infuziya şəklində

- Həftədə 2-3 dəfə

Sizin Reklam Yeriniz