Əlaqə Arxiv
news Image
2019.01.31
21:49
| A A A
Öskürək və göy öskürək əleyhinə çarə

Öskürək və bronxitin müalicəsində xalq təbabəti vasitələri çox yaxşı kömək edir.

Sizə tanınmış fitoterapevt Fizuli Hüseynovun reseptini təqdim edirik.

Öskürək əleyhinə bir neçə yazılarım olsada bu üsul da həm faydalı, həm də asan başa gələn bir reseptdir.

6 ədəd əncir bıçaqla balaca-balaca doğranılır (təxminən fındıq boyda) 2 stəkan südün içinə qarışdırılır, vam odda 7-8 dəq qaynadılır, ilıq olana qədər gözlənilir, ilıq olanda 1 stəkan süd götürülür 1 çay qaşığı bal və 2-3 çimdik toz zəncəfil əlavə olunur, qarışdırılır, yeməkdən 1 saat əvvəl 1 stəkan içilir.

Əgər bu qarışımı səhər içirsinizsə 2-ci stəkanı günorta içməlisiniz və ya günorta içirsinizsə 2-ci stəkanı axşam yeməkdən əvvəl içməlisiniz, süd içildikdən sonra əncirlər yeyilir.

5-10 yaşlı uşaqlar gündə 1 stəkan 5 yaşdan kiçik uşaqlar isə yarım stəkan içə bilərlər. Xatırladım ki, qarışım öskürək əleyhinə çox təsirli bir vasitədir, qarışım immun sistemin gücləndirilməsi üçündə yaxşı vasitədir.

Saglamolun.Az

Sizin Reklam Yeriniz