Əlaqə Arxiv
news Image
2019.02.15
19:38
| A A A
Xərçəngdən qorunmaq istəyirsinizsə bunu mütləq edin- Tanınmış həkim AÇIQLADI

“İstənilən dənli bitkiləri cücərtmək olur. Buğda, arpa, qarğıdalı, mərci, lobya, noxud, küncüt, balqabaq toxumu, günəbaxan toxumu, kətan toxumu, çia toxumu, güldəfnə toxumu, hətta qozu da cücərtmək olur”.

Movqe.az xəbər verir ki, bunu tanınmış həkim fitoterapevt Sadıq Salami dənli bitki cücərtmələrinin insanlara faydasından danışarkən deyib:

“İstənilən toxumu əvvəlcə təmiz yuyuruq, sonra, üzərinə çıxana kimi su əlavə edib, 1 gün gözləyirik. Sonra süzürük. Təkrar yuyub, 1 qaba səririk. Elə sərmək lazımdır ki, dənlər bir birinin üstünə düşməsin. Sonra ,üzərinə nəm dəsmal sərib, cücərənə qədər gözləyirik. Elə ki, ağ cücərtilər göründü , qida hazırdır. Yuyub istifadə etmək olar. Cücərtiləri elə diri halda da ceynəyib yemək olur. Ya da əzib qatığa, bala, saatlara əlavə etmək olar. Bu cücərtilər canlı qidadır. Orqanizmə faydaları çoxdur. Şəkəri və təzyiqi nornallaşdırır , xolesterini təmizləyir, immun sistemini möhkəmləndirir,xəstəliklərə qarşı müqaviməti artırır. İnsult, infarkt riskini azaldır. Xərçəng yaranma riskini azaldır”.


Qeyd edək ki, əksər tibb müətəxəssisləri çoxdan bəyan ediblər ki, xüsusilə buğda cücərtisi xərçəng kimi ölümcül xəstəliklərin müalicəsində və bu xəstəliklərin qarşısının alınmasında son dərəcə təsirli bir vasitədir. Buğda cücərtisindən istifadə həm də cavanlığı qorumaq baxımından faydalı hesab olunur.

 

Modern.az

Sizin Reklam Yeriniz