Əlaqə Arxiv
news Image
2019.02.17
21:15
| A A A
Qaraciyərinizi yoxlayın - bu əlamətlərə DİQQƏT!

Qaraciyər orqanizmin bir çox funksiyalarını həyata keçirən ən vacib orqanlarımızdan biridir. Qaraciyərdə hər hansı dəyişiklik, çatışmazlıq bədənimizdə müxtəlif əlamətlərlə özünü büruzə verir.

Həmin əlamətlər hansılardır?

Dərinin və gözlərin saralması

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, sizdə bu simptom müşahidə olunursa, bu, qaraciyərinizdə ciddi problemin olmasına işarədir. Dərinin, gözün ağının, burun ifrazatının saralması qaraciyər hüceyrələrinin bilirubin xaric etmə funksiyasının pozulmasına, qanda bilirubin miqdarının çoxalmasına  işarədir.

Yorğunluq

Bu hal fiziki və zehni enerji əskikliyi ilə xarakterizə olunur. Belə bir halın bütünlükdə gün boyunca davam etməsi qaraciyərlə bağlı problemin olduğundan şübhələnməyə əsas verir.

Qarında şişkinlik

Qarında şişkinlik ağrıya səbəb olan, narahatlıq yaradan simptomlardan biridir. Bu, qarın bölgəsində maye toplandığı hallarda ortaya çıxır. Maye toplanmasının digər göstəricisi isə ayaqlarda, topuqlarda şişin yaranmasıdır.

Qarında şişkinlik varsa, bu, iştahasızlıq və arıqlamaq kimi hallara da səbəb olur. Şişkinlik çoxdursa bu zaman iştahasızlıq yaranır, yemək yeməyə ehtiyac duyulmur.

Dəridə yaranan damar çatları

Sinədə, əllərdə, boyunda, üzdə zərif damar çatları yaranıbsa, bunların qaraciyər xəstəliyinin əlaməti olması mümkündür.

Bədəndə yaranan göy ləkələrin də qaraciyərdəki problemlərə bağlı olduğunu deməyə əsas var. Göy ləkələr qaraciyərdə zülal sintezinin dayanması, yaxud da yavaşlaması və  bunun nəticəsində qanda tromblaşma yaranması kimi haldan xəbər verir.

Sidiyin tünd rəngdə olması

Sidiyin qəhvəyi, tünd narıncı, kəhraba rənginə çalması qaraciyərdə problem yarandığına işarədir. Bu, qaraciyərin bilirubini parçalaya bilməməsi, qanda bilirubin miqdarının artması səbəbindən ortaya çıxır.

Qaraciyərdə narahatlıq yarandığını göstərən digər əlamət qaşıntıdır. Qaraciyərdə problem varsa, bədəndəlokal qaşıntı sahələri də yarana bilər.

Milli.Az

Sizin Reklam Yeriniz