Əlaqə Arxiv
news Image
2019.02.28
15:36
| A A A
Uşaqları yaz xəstəliklərindən necə qorumalı? - Baş pediatr məsləhət verdi

“Əgər payız-qış mövsümündə orqanizm düzgün qidalanma, qulluq, təmiz hava və s. ilə təmin olunmursa, o zaman yazda uşaqlarda hipovitaminoz (vitaminlərin çatışmazlığı) problemi müşahidə olunur”. Bunu  Lent.az-a K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru, Səhiyyə Nazirliyinin baş pediatrı, professor Nəsib Quliyev deyib.

 

Baş pediatr bildirib ki, yazda uşaq orqanizmi yay fəslinə nisbətən zəif olur. Onun sözlərinə görə, uşaqlarda bu problemləri aradan qaldırmaq  üçün valideynlər tibb işçiləri ilə məsləhətləşərək tədbilər həyata keçirməlidir: “Yaz fəslinin mövsümi xəstəliklərindən biri - allergik alamətlərin görünməsi (poliniz) problemidir. Belə ki, ağacların çiçək açması, tozlanma, yaşıllaşma,  bitki tozları uşaqların orqanizmdə allergik vəziyyətlər yarada bilir.  Bu uşaqları bir qayda olaraq tbb işçiləri tanıyırlar".

 

 

N.Quliyevin dediyinə görə, polinozlara meyilli olan uşaqlar üçün qabaqlayıcı tədbirlər görülməlidir. Bu vəziyyətə qarşı proflaktik tədbirlərlər, o cümlədən də dərman müalicəsi vaxtında tətbiq olunmalıdır. "Çünki allergiya baş verdikdən sonra onu müalicə etmək daha da çətin olur. Ona görə də qarşısını almaq üçün çalışmaq lazımdır”.

Sizin Reklam Yeriniz