news Image
2019.03.08
18:34
| A A A
Sağlam qidalanmanın 7 vacib şərti

Dünya şöhrətli alimlər İbn Sina, Herbert Şelton, Pol Breqq, Norman Uoker, Katsudzo Nişi, Abram Zalmanov belə bir yekdil qənaətə gəliblər ki, əslində, insan xəstələnməli və xəstəlikdən ölməli deyil, qocalıqdan ölməlidir. Alimlər buna nail olmağın 7 vacib şərtini göstəriblər. Buyurun tanış olun.

1. Təbiət oyananda insan yataqdan qalxmalı və 1-2 stəkan çiy suyu qurtum-qurtum içməlidir. Bundan sonra acqarına ya 2 saat fiziki iş görməli, ya da bədən tərbiyəsi ilə məşqul olmalıdır. Ən faydalı hərəkət açıq havada 8-10 km məsafəni iti addımlarla qət etməkdir. Bunun ardınca ya kontrast su vannası qəbul etmək, ya da sadəcə çimmək lazımdır. 

2. Hamamdan sonra 1 stəkan itburnu dəmləməsinə 1 çay qaşığı bal və 2 çay qaşığı alma sirkəsi qatıb içmək. Bal olmasa, quru meyvələrdən istifadə etmək olar. 

3. Çaydan 30 dəqiqə sonra bir növ meyvə, yaxud bir neçə növ meyvənin qarışığı (şirə və ya püre halında) qəbul etmək. 

4. Meyvədən yarım saat sonra 1 nimçə tərəvəz salatı ilə 1 növ qida (məsələn, yağ-çörək, yaxud yumurta soyutması, yaxud düyü sıyığı, yaxud islanmış qarabaşaq) yemək. İdeal variant tərəvəz salatı ilə 5-8 qoz, yaxud 10-15 fındıq, yaxud 10-15 badam yeməkdir. 

5. Nahara qədər ya 3-4 stəkan çiy su, ya da 1 stəkan meyvə şirəsi, yarım saatdan sonra 1 stəkan tərəvəz şirəsi, 30 dəqiqə fasilədən sonra 1 stəkan itburnu dəmləməsi içmək. Nahar vaxtı 1 nimçə tərəvəz salatı ilə 1 növ dietik xörəyi çörəksiz yemək. İdeal variant - dəmləmə xörəklərdən istifadə etməkdir. 

6. Nahardan 2 saat sonra ya çiy su, ya da meyvə və tərəvəz şirələri içmək. Saat 18 və ya 19-da bədən tərbiyəsi, ardınca kontrast su vannası qəbul etmək, yaxud sadəcə çimmək. 1 nimçə tərəvəz salatı ilə 1 növ qida (məsələn, kəsmik, yaxud təzə qatıq, yaxud təzə pendir, yaxud sıyıq) yemək. 

7.Saat 22-də yatmaq. 

Öz övladlarını ilk uşaqlıqdan bu ruhda tərbiyə edən ana - onların hər zaman sağlam və xöşbəxt olması üçün gözəl zəmin yaratmış olur. 

Bütün qadınlarımıza və əzizlərinə möhkəm can sağlığı və səadət arzulayıram.