news Image
2019.03.09
21:54
| A A A
"Səssiz ölüm" - böyrəklərimizi sıradan çıxarır

Hidronefroz nədir?

Hidronefroz - sidik axarı keçiriciliyinin hər hansı səbəbdən pozulması nəticəsində böyrək ləyəni və kasacıqlarının proqressiv genişlənməsidir.

Movqe.az medicina.az-a istinadən bildirir ki, bu xəstəlik vaxtında müdaxilə edilməsə böyrəklərin məhvinə səbəb olur. Hidronefroza qadınlarda 20-60 yaş arası, kişilərdə isə daha çox 60 yaşdan yuxarı rast gəlinir.

"Səssiz ölüm" adlanan xəstəlik zamanı heç bir ağrı müşahidə olunmur. O, çox ləng inkişaf edən xəstəlikdir. İlkin mərhələdə ümumiyyətlə hər hansı əlamət hiss edilmir. Sonradan isə böyrək nahiyəsində ağrı, diskomfort yaranır, iltihabı proses yarandıqda ağrı kəskinləşir, bədən temperaturu və arterial təzyiq yüksəlir.

Xəstəlik zamanı ümumi halsızlıq və tez yorulma hallarına da rast gəlinir.