Əlaqə Arxiv
news Image
2019.03.12
20:03
| A A A
Damarları qocalana qədər sağlam saxlamaq istəyənlər üçün MÖCÜZƏVİ MƏHSUL

Nyu-York Universitetinin Tibb məktəbinin alimləri sübut edirlər ki, zeytun yağı damarlarda trombların əmələ gəlməsinin qarşısını alır.

Movqe.az Saglamolun.az-aistinadən bildirir ki, mütəxəssislərin sözlərinə, hətta həftədə 1 dəfə salata zeytun yağı əlavə etməklə ürək tutması, insult və infarkta səbəb olan arteriyaların tromblaşması riskini azaltmaq mümkündür.  

Tromb qan laxtasıdır. Tromb böyüyə və damarı tam bağlaya bilər. Həmçinin tromb damarın divarından qopa və qan axını ilə ürək, beyin, ağciyərə düşə bilər. Bu isə infarkt, insult, ağciyərin tromboemboliyası deməkdir.

Trombların səbəbi qan hüceyrələri olan trombositlərin birinin birinə yapışmasıdır.

 Zeytun yağının tərkibində olan bioloji aktiv maddələr trombositlərin lazım olmayan aktivliyini azaldır ki, nəticədə damarlarda qan laxtaların əmələ gəlməsi riski də azalır.

Sizin Reklam Yeriniz