Əlaqə Arxiv
news Image
2019.03.14
20:30
| A A A
Hava-damcı yolu ilə keçən xəstəliklərlə bağlı təhlükə - Bağçalarda işləyənlərə...

"Hava-damcı yolu ilə keçən xəstəliklərin qarşısının alınması üçün bağçalarda, ictimai iaşə müəssisələrində işləyən şəxslərə çox ciddi tibbi nəzarət həyata keçirilməlidir".

Movqe.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisdə "Azərbaycanda vərəmlə mübarizə" mövzusunda keçirilən dinləmədə çıxış edən Ədliyyə Nazirliyinin Tibb baş idarəsinin rəisi Rəfail Mehdiyev deyib.

Penitensiar müəssisələrdə vərəmlə mübarizə ilə bağlı əldə olunan nəticələrin yüksək olduğunu deyən R.Mehdiyev qeyd edib ki, 2018-ci ildə penitensiar müəssisələrdə vərəmdən ölüm faizi 1995-ci illə müqayisədə 126, 2005-ci illə müqayisədə 11, 2015-ci illə müqayisəfə 2 dəfə az olub.

Onun sözlərinə görə, bu il nazirliyin ixtisaslaşmış müalicə müəssisəsində həm vərəm, həm hepatit, həm də İİV virusuna yoluxmuş 3 məhkum dünyasını dəyişib.

"Cəzaçəkmə müəssisələrində həm vərəm, həm də hepatit olan kontingentə rast gəlinir. Bu halda mübarizə aparmaq daha çətin olur. Biz bu xəstəliyin hər ikisi ilə mübarizə aparmalıyıq. Biz vərəm və İİV-lə mübarizə ilə bağlı beynəlxalq layihələr vasitəsilə əlavə vəsait cəlb edə bilirik, amma hepatitlə bağlı buna nail ola bilmirik".

 

Sizin Reklam Yeriniz