Əlaqə Arxiv
news Image
2019.03.24
00:00
| A A A
Şüyüdün bilmədiyiniz MÖCÜZƏVİ FAYDALARI - Bir həftə istifadə etsəniz...
Ehtiva etdiyi qida dəyərləri sayəsində əsl mineral və vitamin anbarı olan şüyüd balıq yeməkləri ilə yanaşı, şorba, salat və souslara xüsusi dad verir. Eyni zamanda arıqlamaq istəyənlər üçün də effektli vasitədir. Movqe.az xəbər verir ki, bir həftə şüyüd istifadə etmək sizi qısa müddətdə artıq çəkilərdən xilas edəcək. Şüyüdün faydaları nələrdir? Yeməkdən 15 dəqiqə əvvəl şüyüd yemək uzun müddət toxluq hissi yaradır. Şüyüdün tərkibində bol miqdarda fosfor, maqnezium, dəmir, sink, A və C vitaminləri yer alır. Bir dəstə şüyüd gündəlik A vitamini ehtiyacınızın 43, C vitamini ehtiyacınızın isə 40 faizini ödəyir. Həzm sistemində meydana gələn mədə pozğunluğu, mədə ağrısı və s. problemlərin müalicəsində də istifadə edilən təbii vasitədir. Qazları aradan qaldıran təsirə malikdir. Bol miqdarda kalsium ehtiva etdiyi üçün şüyüd sümük sağlamlığını qoruyur. Hıçqırıq müalicəsində şüyüd istifadə edilə bilər. Tərkibində yer alan B vitamini və yağlar sayəsində yuxusuzluğun qarşısını alır, sakitləşdirici təsir yaradır.
Sizin Reklam Yeriniz