news Image
2019.04.11
09:45
| A A A
Gəncləri daha çox öldürən ürək xəstəlikləri - Necə qorunaq?
Ürək xəstəliklərindən ölüm faktları dünya miqyasında ilk pillədədir. Hazırda ürək xəstəlikləri gənclərdə daha çox ölümlə nəticələnir. Həddindən çox qəbul olunan içki, siqaret, sağlam olmayan qidalanma və stress kimi faktorlar ürək xəsətliklərinə təkan verir. Movqe.az medicina.az-a istinadən bildirir ki, ürək xəstəliklərə yoluxmaq baxımından da olduqca həssas orqandır. Ən çox rastlanan ürək xəstəliyi isə ateroskleroz - yəni damar sərtliyidir. Aritmiya və ya ürəyin ritm pozuntusu da geniş yayılmış patologiyadır. Aortal çatışmazlıq və ümumilikdə bir çox ürək problemləri də geniş vüsət alıb. Ürək xəstəlikləri adətən bədəndə gizli formada irəliləyir. Lakin bir neçə əlamətlə də özünü büruzə verə bilir. Sıx-sıx müşahidə edilənlər: sol qolda, kürəkdə, sinədə və qarın boşluğunda ağrı, yanma, çırpınma, nəfəs alıb-vermədə çətinlik, ürəkgetmə, gecə tez-tez sidiyə çıxma. O cümlədən, əl-ayaq barmaqlarında və dodaqlarda göyərmə, qarın bölgəsində və ayaqlarda şişmə, halsızlıq, tez yorulmaq və öskürək kimi sıx sıx rastlanan digər əlamətlər. Ürək xəstəliklərinə rəvac verən bir çox səbəb var. Stresli həyat şəraiti keçirən insanlarda və diabetdən əziyyət çəkənlərdə risk faktoru daha yüksəkdir. Düzgün qidalanmamaq, siqaret, içki kimi pis vərdişlər də ürəyimizdə problem yaradır.