news Image
2019.04.16
21:47
| A A A
Yüksək təzyiqdən əziyyət çəkənlər üçün 5 qidalanma qaydası

Hipertoniyadan əziyyət çəkənlərdə təzyiqin normada qalması tək qəbul etdikləri dərmanlardan deyil həyat tərzindən və o cümlədən düzgün qidalanmadan da asılıdır.

Mütəxəssislər təzyiqin sabit qalması üçün bəzi qidalanma qaydalarına əməl etməyi tövsiyə edirlər.

Movqe.az Saglamolun.az-a istinadla sizə bu qaydaları təqdim edir:

1. Qəbul etdiyiniz duzun miqdarını minimuma azaldın

Duzun tərkibində olan natrium orqanizmdə mayeni saxlayır ki, bu da təzyqin artmasına səbəb olur. Gün ərzində 5 qr-dan çox duz qəbul etmək olmaz. Yarımfabrikatlar, fast-fud, müxtəlif konservlər duzla zəngin olduğundan qidalanmadan çıxarılmalıdır.

2. Asan mənimsənilən karbohidratları minimuma çatdırın

Bu şəkər, mürəbbə, müxtəlif şirniyyatlara aiddir.

3. Yağlı və ədviyyatlı qidaları yalnız istisna hallarda yemək olar

Yağlı ət, kolbasa, paştet, heyvan içalatı, qızardılmış, istiotlu, ədviyyatlı qidaları yalnız istisna hallarda və az miqdarda yemək olar.

4. Zülal yemək lazımdır

Gündəlik rasionda zülallarla zəngin olan qidalar olmalıdır. Ən yaxşı zülal mənbələri - kəsmik, toyuq əti, balıq, yağlı olmayan ət, hindquşu əti.

5. Su içməyi unutmayın

Təzyiqin qalxmasının əsas səbəblərindən biri susuzlaşmadır. Gün ərzində 1 l su için.