Əlaqə Arxiv
news Image
2019.04.18
19:33
| A A A
Yaddaş zəifləyini aradan qaldırmağın asan üsulu tapılıb

ABŞ-da aparılan elmi araşdırma zamanı bəlli olub ki, sarımsaq yeyən şəxslərin hafizəsi digərləri ilə müqayisədə daha güclü olur.

Movqe.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, alimlər, xüsusən də yaşla bağlı yaranan yaddaş zəifliyinin aradan qaldırılması və hafizənin daha da möhkəmləndirilməsi üçün sarımsaq yeməyi tövsiyə edirlər.

Bundan başqa, aparılan araşdırma nəticəsində məlum olub ki, mütəmadi olaraq sarımsaq yeyən şəxslərdə bağırsaq problemləri aşkarlanmır.

Bununla əlaqədar olaraq alimlər siçanlar üzərində də müəyyən təcrübə aparıblar. Təcrübənin nəticəsində isə bəlli olub ki, çiy sarımsaq yeyən siçanlarda bağırsaq daha sağlam olub və heç bir mikrob aşkarlanmayıb.

Alimlər çiy sarımsağın altsheymer və parkinson kimi xəstələrin yaşadığı hafizə problemini önləyə bilmə qabiliyyətinə malik olduğunu da söyləyiblər.

Sizin Reklam Yeriniz