Əlaqə Arxiv
news Image
2019.05.11
19:34
| A A A
Boynunuz ağrıyırsa ovxalamayın! Bilmədiyiniz təhlükə

Boyunda qəfildən əmələ gələn kəskin ağrı insultun yaxınlaşmasına işarə edə bilər.

Bu zaman boyunu massaj etmək və ovxalamaq çox təhlükəlidir ki, bu patoloji prosesin daha tez inkişafına və insanın ölümünə səbəb ola bilər.

Amerikalı həkim-nevroloqlar KİV-in köməyi ilə ictimaiyyətə xəbərdarlıq ediblər ki, boyun nahiyəsində qəfil və kəskin ağrı zamanı mütləq həkimə müraciət etmək lazımdır.   

Ekspertlərdən biri nevroloq Kazuma Nakaqava qeyd edib ki, bu risk 20-30 yaşlı sağlam insanlarda çox yüksəkdir.

Mütəxəssislər qeyd edir ki, boyun nahiyəsindən beyinin əsas arteriyası keçir və bu yerin güclə massaj edilməsi, ovxalanması arteriyanın təbəqələnməsinə səbəb ola bilər ki, bu insult törədə bilər.

Movqe.az Saglamolun.az-a istinadla bildirir ki, həkimlər boyun nahiyəsini massaj edəndən sonra insult keçirmiş 28-yaşlı bir kişi haqqında məlumat veriblər. Boyunda ağrı və diskomfort hiss edən bu kişi ağrını azaltmaq üçün boynunu ovxalamağa və dartmağa başladı. Ağrı azalmırdı və o bir neçə gün ərzində bu hərəkətləri davam edirdi. Nəticədə kişi insult keçirib və iflic olub.

Beləliklə nevroloqlar qeyd edir ki, hər bir insan bilməlidir ki, boyun nahiyəsində qəfil ağrının əmələ gəlməsi insultun yaxınlaşmasına işarə edə bilər.  

Sizin Reklam Yeriniz