news Image
2019.05.17
20:14
| A A A
İmsaqda və iftarda bunları yemək sizi öldürə bilər - XƏBƏRDARLIQ

Orucluq zamanı orqanizmdə həzm sistemində və maddələr mübadiləsində vacib dəyişikliklər olur.
 
Movqe.az medicina.az-a istinadən bildirir ki, səhər imsaqda və axşam iftarda həddindən çox yemək artıq çəkiyə səbəb olur.
 
Kardioloqların sözlərinə görə, oruc tutanlarda xolesterin balansı normada qalır. Həmçinin orucun ürək problemlərinə müsbət təsir etdiyi də açıqlanıb.
 
Oruclu adamlarda damar sərtliyi daha az müşahidə edilir. Bu zaman qandakı inslulin də nizamlanır. Qan-damar siteminə müsbət istiqamətdə təsir edir. Ona gör də imsaqda mütləq qida qəbul olunmalıdır. Əks halda artıq çəki ilə üz-üzə qalacaqsınız.
 
İftarda və imsaqda həddindən çox duzlu qidalar qəbul etmək ürəktutma riskini artır. Həmçinin yüksək təzyiqə səbəb olur. İmsaqda oyanmamaq və həmin gün iftarda daha çox yemək bir çox mənfi nəticələr verir. Mədə-bağırsaqda problemlər yaradır. Sürətli qida qəbul etmək də eyni cür təsirə malikdir. Çox yağlı məhsullardan da uzaq durmaq lazımdır.
 
Orucluqda siqaret çəkilməsində də fasilə olduğu üçün bir çox insan oruc açılan kimi ard-arda siqaret çəkir. Bu isə yolverilməzdir. İftardan sonra yürüyüş etmək həzm sistemini yaxşıladırır.