Əlaqə Arxiv
news Image
2019.05.19
20:40
| A A A
Ürək xəstəliklərini ağırlaşmadan qoruyan — TƏBİİ QARIŞIQ

Cəfəri, sarımsaq və limon qarışığı ürək damarlarını açır, insanı ürək və damar xəstəliklərinin inkişafından və ağırlaşmasından qoruyur.

Cəfəri, sarımsaq, limon qarışığı necə hazırlanır?

Lazımlı məhsullar:

- 10-12 saplaq cəfəri

- 1 diş sarımsaq

- 2 yemək qaşığı limon suyu

- Yarım stəkanı su

Hazırlanması:

1. Cəfərilərini yuyun, sarımsağı təmizləyin.

2. Cəfərini sarımsaqla birlikdə blenderdən keçirin.

3. Limon sununu və suyu əlavə edin, yaxşı qarışdırın.

4. Qarışığı gün ərzində yeməklər arası hər dəfə 2-3 x.q. olmaqla içmək lazımdır.

"Ölkə.Az" xəbər verir ki, sonrasında isə 3 gün boyunca içində sarımsaq olmadan istifadə etməlisiniz. Sonrakı 3 gün isə qarışığı yenə sarımsaqla hazırlayıb, cəmi 9 gün boyunca istifadə etməlisiniz. 9 günlük qarışığı bitirdikdən sonra cəfəri, sarımsaq, limon müalicəsinin təsirlərini müşahidə edə bilərsiniz.

Bəs, bu müalicənin faydaları nədir?

- Ürək damarlarını açar.

- Ürəyi qidalandıran damarların tıxanmasına əngəl olar.

- Ürək damarlarının yağ bağlamamasını təmin edər.

- Qan dövranını sürətləndirir və gücləndirir.

Müalicənin zərəri varmı?

Cəfəri, sarımsaq, limon müalicəsinin faydalarından bu qədər danışmışkən, ağıllarda bu qarışığın hər hansı bir zərəri olub, olmadığı ortaya çıxır. Müalicənin istifadəsi təzyiqi aşağı sala biləcəyi üçün aşağı təzyiq problemi olan kəslərə təklif olunmur. Həmçinin ciddi mədə-bağırsaq sistemi xəstəlikləri zamanı da bu qarışıq ziyan vura bilər.

Şəfalı müalicənin bundan başqa hər hansı bir zərəri yoxdur, istədiyiniz kimi istifadə edə bilərsiniz.

Sizin Reklam Yeriniz