news Image
2019.06.13
08:55
| A A A
Xərçəngi məhv edən qidalar
Bütün dünyada ürək-damar xəstəliklərindən sonra 2-ci ən yayılmış ölüm səbəbi onkoloji xəstəliklərdir. Mütəxəssislər qeyd edir ki, ildən ilə xərçəngə tutulan insanların sayı getdikcə artır və həmçinin xəstəlik dayanmadan "cavanlaşır". Onkoloji xəstəliyin profilaktikasında düzgün qidalanma çox böyük rol oynayır. Bəzi məhsullar var ki, onlar tibb tərəfindən təsdiq olunmuş xərçəng əleyhinə təsirə malikdir. Milli.Az saglamolun.az-a istinadən bu məhsullarla tanış edir. 1. Kələm (ağ, qırmızı, brokkoli, gül kələmi və s.) İstənilən kələm növləri güclü xərçəng əleyhinə təsirə malikdir. Mütəxəssislər kələmi mümkün qədər çiy və ya az termik emaldan sonra istehlak etməyi tövsiyə edirlər. 2. Pomidor Likopin maddəsi sayəsində pomidor ürək-damar sistemimizi qoruyur və həmçinin xərçəngin qarşısını alır. Pomidorda olan likopinin miqdarı termik emaldan sonra daha da artır. Bu səbəbdən mütəxəssislər pomidoru daha çox çiy deyil, pörtlədilmiş şəkildə yeməyi tövsiyə edirlər. 3. Sarıkök Bu möcüzəli ədviyyatın güclü xərçəng əleyhinə xüsusiyyətləri var. Sarıkökün orqanizmə olan təsirini daha da artırmaq üçün onu yeməyə hazır olana yaxın əlavə etmək lazımdır. Qara istiot sarıkökün xərçəng əleyhinə təsirini daha da artırır ki, qida mütəxəssisləri bu 2 ədviyyatı birlikdə istifadə etməyi tövsiyə edirlər. 4. Soğan və sarımsaq Bu 2 tərəvəz orqanizmə güclü detoks kimi təsir edir, iltihabları azaldır, immun sistemini gücləndirir ki, bunun nəticəsində xərçəngin riski də azalır. 5. Qaragilə Giləmeyvələr arasında sağlamlıq üçün ən faydalı sayılır. Qaragilənin xərçəng əleyhinə xüsusiyyəti tibdə çoxdan təsdiq olunub. 6. Zeytun yağı Dünyada sağlamlıq üçün ən faydalı məhsullardan biri sayılır. Zeytun yağı antioksidantlarla zəngin olduğundan bir çox xəstəliklərin və o cümlədən xərçəngin riskini də azaldır. 7. Çay Həm qara, həm də yaşıl çay polifenol maddələri ilə zəngindir. Bu maddələrin güclü xərçəng əleyhinə təsiri var.