Əlaqə Arxiv
news Image
2019.06.19
20:47
| A A A
Bal və sarımsağın möcüzəvi təsiri – Bir qaşıqda minbir dərman

Düzgün qidalanmamaq sonda damar tıxanıqlığına səbəb olur. Bu problem gənc, yaşlı demədən hər kəsi təhdid edir. Bəs damar tutulmasına səbəb olan qidalar nələrdir? Günümüzdə trans yağların istifadəsi, "fast food" yeməklər və s. damar tıxanmasına təkan verir.

Movqe.az medicina.az-a istinadən bu problemin həlli kimi sizə faydalı qarışıq təqdim edəcək.

Bal və sarımsaq

Bal və sarımsaq birlikdə qəbul edəndə möcüzəvi təsirə malikdir.
Sarımsaq dünya miqyasında istifadə edilən bir tərəvəzdir. Həm mətbəxdə, həm də təbabətdə geniş istifadə edilir. Bal da faydalı məhsuldur. Buna görə də min bir dərdin dərmanıdır.

Yüksək təzyiqi balansda saxlayır

Sarımsağın tərkibindəki sulfid maddəsi və balda olan şəfalı xüsusiyyətlər qan dövranı üçün faydalıdır. Bu iki vasitə qanda laxtalanmanın qarşısını alır, damarları gücləndirir. Digər damar problemlərinin qarşısını alır.
Yüksək təzyiq ürək-damar sağlamlığınızı təhdid edən narahatlıqdır. Təzyiqinizi təbii üsullarla balansda saxlayın. Bunun üçün də ac qarına bal və sarımsaq yeyin.

"Pis" xolesterini nəzarətdə saxlayır

Çiy sarımsağı əzəndə yaranan allisin maddəsi qanın fəaliyyətini tənzimləyir. Damarlarda təmizlik rolu oynayır. Bundan başqa Triqliseridlərinin səviyyəsini də  balansda saxlayır.

İltihabı azaldır

Aparılan araşdırmalar onu göstərir ki, bir çox xroniki narahatlığa səbəb bədəndəki disbalansdan qaynaqlanan iltihabdır. Həm sarımsaq, həm də bal iltihaba qarşı ən yaxşı mübarizə üsuludur. Ödəm, artit, əzələ problemi kimi problemlərdə təsirlidir. Təbii ağrıkəsici rolu oynayır.

İmmun sistemini gücləndirir

Bəhs etdiyimiz iki qida antibakterial və antifunqal xüsusiyyətlərə malikdir. Ona görə də immun sistemini gücləndirir. Hər ikisi də bədəni viruslardan qoruyur, bakteriya və digər patogen mikroorqanizmlərə qarşı mühafizə edir.

Öskürəyə yaxşı təsir edir

Öskürdüyünüz zaman sarımsaqla hazırlanan məlhəm ən yaxşı müalicə üsuludur. Boğazda qıcıqlanmanı azaldır və bəlğəm gətiricidir.

Soyuqdəymə və qrip simptomlarına qarşı bu qarışığı mütəmadi istifadə etmək faydalıdır. Bu qarışıq viruslarla mübarizədə sizə kömək edəcək.
Yuxarıda qeyd etdiyimiz bütün məlumatlardan yararlanmağınız məsləhətdir. Lakin balın xalis olmasına diqqət edin.
 
 
Təbii bal və sarımsaq qarışığının hazırlanma qaydası.
 
Lazım olanlar:
 
 
• 1 stəkan bal (335 qr.)
• 10 diş sarımsaq
• 1 ədədə qapaqlı şüşə balon

Hazırlanma qaydası:
 
 
Sarımsağı soyub, xırda-xırda doğrayın. (əzmək də olar). Balı şüşə balona qoyub, üzərinə sarımsağı əlavə edin. Qabın ağzını bərk-bərk bağlayın. 1 həftə qaranlıq yerdə saxlayın.
 
 
İstifadə edilmə qaydası:
 
 
Səhər yeməyindən əvvəl bir qaşıq qəbul edin. Zövqə görə istər ilıq su ilə qarışıdırıb qəbul edin, istərsə də olduğu kimi. Bu qarışığı 7 gün ərzində qəbul edin. 1-2 həftə ara verib, təkrar 7 gün için. İstidən və həddindən çox soyuqdan qoruyun.
Unutmayın ki, bu qarışığın təsiri gündəlik vərdişlərə və fərdə görə dəyişir. Əgər doymuş yağ, şəkərli və digər zərərli qidalar qəbul etsəniz, məhlulun təsiri olmayacaq.

Sizin Reklam Yeriniz