Əlaqə Arxiv
news Image
2019.06.23
09:30
| A A A
Çoxlu su içirsiniz, susuzluq isə keçmirsə... Təhlükəli əlamət

İnsan çoxlu su içir, lakin susuzluq azalmır. Bunu əsasən diabet xəstəliyinin simptomu kimi qiymətləndirik.

Lakin keçməyən susuzluq diabetdən əlavə digər xəstəliklərin də simptomu ola bilər. 

Bu xəstəliklər arasında:

- Böyrəklə bağlı olan problemlər

Saglamolun.az bildirir ki, əgər insan çoxlu su içir və az sidiyə gedirsə, insanda ödemlər varsa, bu böyrək çatışmazlığına işarə edə bilər.

- Paraqalxanvari vəzilərinin fəaliyyətinin pozulması

Bu kiçik vəzlər orqanizmdə kalsiumun səviyyəsini tənzimləyir. Bu vəzilərin fəaliyyətində pozulmalar əmələ gəldikdə keçməyən susuzluq, ümumi yorğunluq, yaddaşsızlıq, əzələ zəifliyi, sümüklərdə ağrılar kimi simptomlar meydana çıxır.

- Orqanizmin intoksikasiyası

İntoksikasiya zamanı orqanizm toksinləri tez yuyub aparmağa çalışır ki, nəticədə insanda susuzluq inkişaf edir.

- Beyin travmaları

Əgər siz yıxılmısınız və ya baş nahiyəsindən hər hansı travma almısınızsa, keçməyən susuzluq ağır pozulma olan beyin ödeminə işarə edə bilər.

- Bəzi dərmanların qəbulu

Bəlğəmgətirici, sidikqovucu, allergiya əleyhinə preparatlar, bəzi antibiotiklər və təzyiqi salan dərmanların qəbulu susuzluğa səbəb ola bilər.

Sizin Reklam Yeriniz