Əlaqə Arxiv
news Image
2019.06.27
09:00
| A A A
Gözəl görünmək üçün nə qədər yatmaq lazımdır? - ALİMLƏRDƏN AÇIQLAMA
Bir çox insanlar səhər yuxudan duranda heç özləri də görünüşlərini bəyənmirlər. Movqe.az ölkə.az-a istinadən bildirir ki, bunun səbəbi düzgün olmayan yuxu rejimidir. Britaniyalı alimlər gözəlliyi və yaxşı əhval-ruhiyyəni qoruyub saxlamaq üçün nə qədər yatmaq lazım olduğunu müəyyən ediblər. Tədqiqatçılar bildirirlər ki, bir çox insanlar düzgün rejimdə yatmadıqları üçün səhərlər eybəcər görünürlər. Bundan başqa, rejimə nəzarət etməmək depresiya, gərginlik və pis əhval-ruhiyyəyə səbəb ola blər. Sonuncu tədqiqatlara əsasən, ən optimal yuxu 9 saat 10 dəqiqədir. Amma bu zaman 21:45-də yatmaq, 06:55-də oyanmaq lazmdır. Alimlər əmindirlər ki, bu rejimə əməl etmək gün ərzində yığılan stress və yorğunluğu aradan qaldırır.
Sizin Reklam Yeriniz