Əlaqə Arxiv
news Image
2019.07.04
14:00
| A A A
Mütəxəssislər XƏBƏRDARLIQ EDİR: hər yeriniz şişib və hərəkət edə bilmirsinizsə...

Ödəm orqanizmin hüceyrələrarası maye həcminin artması nəticəsində əmələ gələn narahatlıqdır. Ödəmin yaranmasına bir neçə faktor təsir göstərə bilər.

Movqe.az xəbər verir ki, daxili xəstəliklər üzrə mütəxəssislər həyat tərzində sadə dəyişikliklər etməklə insanların ödəmdən xilas ola biləcəyini bildirir.

Ödəm, demək olar ki, hər kəsin tanış olduğu bir vəziyyətdir. Səhər oyanar-oyanmaz üzünüzün şişdiyini, üzüyünüzün barmağınıza dar gəldiyini və ya ayaqqabılarınızı çətinliklə geyindiyinizi görürsünüzsə, orqanizmdə həddən artıq ödəm var deməkdir.

Hərəkətinizi artırın

Limfa sistemi bədəndəki artıq mayenin xaric edilməsində son dərəcə əhəmiyyətlidir. Uzun müddət hərəkətsiz qalanda limfa sistemini tənbəlləşdirir və ödəmin yığılmasına səbəb olur. Bunun qarşısını almaq üçün idmanla məşğul olmaq və ya gündəlik hərəkət həcmini artırmaq lazımdır.

Dərmanlarınızı diqqətdən keçirin

Revmatizm müalicəsində və qan təzyiqinin aşağı salınması üçün istifadə olunan dərmanlar ödəmə səbəb ola bilər. Bu dərmanlar vacib olduğu halda, istifadə edilməlidir. Lakin daim istifadəsi zərərlidir.

Xüsusi günlərdə diqqətli olun

Qadınlarda mensturasiya zamanı ödəm artır. Bunun səbəbi hormonların fərqliləşməsidir. Xüsusilə, bu dövrlərdə duzlu və karbohidratlı qidalardan uzaq qalmaq lazımdır.

Karbohidratı azaldın

Artıq karbohidrat qəbulunda orqanizm bunu həzm edə bilmək üçün su toplayır. Bu vəziyyət də ödəmə səbəb olur. Bunun qarşısını almaq üçün çörək, makaron və plov kimi qidalardan uzaq qalmaq lazımdır.

Gilas, ananas, ərik, cəfəri və xiyar bədəndən artıq mayenin atılmasına kömək edir.

Qatıq və kefir istifadəsini çoxaldın

Kalsiumla zəngin olan bu qidalar orqanizmdə mineral səviyyəsini yaxşılaşdırır və ödəm yığılmasının qarşısını alır.

Su içməyə diqqət edin

Ödəmin atılmasında ən əhəmiyyətli detal su içməkdir. Gündəlik ən az 2,5 litr su içmək lazımdır. Spirtli içki kimi ödəm artıran içkilərdən isə uzaq qalmaqda fayda var.

Sizin Reklam Yeriniz