Əlaqə Arxiv
news Image
2019.07.16
19:06
| A A A
Təzyiqi salmaq üçün dərman əvəzinə bu şirəni için

Yüksək arterial təzyiq insanın ümumi sağlamlığı üçün ən ziyanlı amillərdən biridir.

Bu səbəbdən arterial təzyiqi normada saxlamaq həyati vacib olan məsələdir.

Bəzən bunun üçün qidalanmada müəyyən dəyişikliklər etmək, pəhrizə bəzi təzyiqi normallaşdıran qida və ya içkiləri daxil etmək kifayətdir.

Belə ki, Çikaqo Universiteti (ABŞ) alimləri sübut edir ki, kərəviz şirəsinin gündəlik istehlakı təzyiqi tənzimləməyə, hipertoniyanın riskini azaltmağa və hətta hipertoniyanın başlanğıcında onu tam aradan qaldırmağa kömək edir.

Movqe.az saglamolun.az-a istinadən bildirir ki, kərəvizin tərkibində olan 3-n-butilftalid adlı spesifik maddə damarları genişləndirir və bununla da təzyiqi aşağı salır.

Kərəviz həmçinin "polifenol" adlı antioksidantlarla zənginir. Bu maddələr ürək-damar sisteminin funksiyasına çox müsbət təsir edir.

Alimlər hipertoniya xəstəliyinə görə risk qrupuna daxil olan insanlara müntəzəm olaraq yarım stəkan (100 qr) kərəviz şirəsini içməyi tövsiyə edirlər.

Bu şirə artıq bu xəstəlikdən əziyyət çəkən insanlara da böyük fayda verir.

Sizin Reklam Yeriniz