Əlaqə Arxiv
news Image
2019.07.26
09:36
| A A A
Plastik qablarla gələn bəlanın qarşısı hələ də alınmır
“Azərbaycanda bu kimi halların qarşısını maarifləndirməni gücləndirilməklə almaq olar”

Hər dəfə yay mövsümü gələndə plastik qablarda istehsal edilən qida məhsullarının açıq məkanda, günəş altında saxlanılması ilə bağlı həyacaq təbili çalınır. Zərərli təsirlərinə baxmayaraq, Azərbaycanda platik şüşələrdə suların qızmar Günəş şüaları altında saxlayaraq satılması adi hala çevrilib. Yol kənarında bu cür faktlara daha tez-tez rast gəlinir. 


Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov suların plastik qablarda qablaşdırılması, saxlanılması təcrübəsinin geniş yayıldığını və onun qarşısının alınmasının çətin məsələ olduğunu bildirir. O qeyd etdi ki, qida sənayesində plastik qablardan istifadə istehsalçı üçün əlverişlidir, istehsalçıların işini yüngülləşdirir. Amma istehlakçı üçün risk yaradır, onun sağlamlığına problemlər yaradır. E.Hüseynov söylədi ki, plastik qablardan istifadənin yayılması dünyada ciddi bir probleminə çevrilməkdədir:

 

“Hər bir ölkədə sahibkarın marağı istehlakçıya nisbətən daha çox qorunur. Güclü istehlakçı təşkilatları olan ölkələrdə plastik qablarda qida məhsullarının düzgün saxlanılmaması ilə bağlı ciddi mübarizə aparılır və yaxşı nəticələr əldə olunur. Bu məhsulların satışı ilə məşğul olanlar təzyiqlərdən yayınmaq üçün  standartlara uyğun formada məhsulları saxlayır, onların satışını həyata keçirir.Satışla məşğul olanlar məhsulların saxlanılması qaydasına əməl etmədikdə onlar baykot edilir ki, bu da onların ciddi zərərlə üzləşməsinə gətirib çıxarır. Buna görə də heç bir sahibkar standartlardan kənara çıxmaq istəmir. Yalnız istehlakçılar məcbur edə bilər ki, içməli sular ya şüşə qablarda qablaşdırılmalıdır, ya da xüsusi plastik qablarda qablaşırılırsa saxlanma qaydalarına əməl olunmalıdır”. 


Bu baxımdan E.Hüseynov istehlakçılar arasında maarifləndirmə tədbirlərinin görülməsinin vacib olduğunu düşünür: “Azərbaycanda bu kimi halların qarşısını maarifləndirməni gücləndirilməklə almaq olar. Belə hallara qarşı ictimai qınaq formalaşmalıdır və sahibkar da görməlidir ki, standartlara əməl etməsə onların malını alan olmayacaq”. 


Vasif CƏFƏROV

 

Sizin Reklam Yeriniz