Əlaqə Arxiv
news Image
2019.08.14
19:00
| A A A
Yeni ölümcül epidemiya yayıla bilər - Alimlərdən xəbərdarlıq

Beynəlxalq alimlər qrupu aşkar edib ki, bağırsaq infeksiyaları törədən Clostridium difficile bakteriyası təkamül edir, o, artıq dezinfeksiya vasitələrinə qarşı dayanıqlıdır və asanlıqla yayılır. Mikroorqanizm həm yüngül diareya, həm də həyat üçün təhlükəli xəstəliklər, məsələn, sepsis yarada bilər.

Movqe.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu barədə məlumat verən tədqiqatçıların fikrincə, insan, heyvan (it, at və donuz) və ətraf mühitdən götürdükləri klostridiyanın 906 ştammının genomunu araşdırıblar. Məlum olub ki, hazırda mikroorqanizmin xəstəxana şəraitində sağ qalıb inkişaf etməyə qadir yeni növü formalaşmaqdadır. Bu ştamm xəstəxanalardakı pasiyentlərdən götürülən nümunələrin 70%-də var. Onun malik olduğu mutasiyalar şəkəri daha yaxşı həzm etməyə imkan verir. Tədqiqatlar göstərib ki, rasionunda bol karbohidrogen olan siçanların bağırsağında bu mirkoorqanizm iri koloniyalar əmələ gətirir.

Clostridium difficile ilk dəfə 76 min il əvvəl peyda olub. XVI əsrdə ilk xəstəxanaların yaranması ilə bu bakteriyanın da müxtəlif ştammları inkişaf etməyə başlayıb. Bakteriyalar ətraf mühitə dayanıqlı sporlar əmələ gətirir ki, bunlar da insandan-insana rahatlıqla keçir. Antibiotiklərdən istifadə də xəstəlik törədir, çünki onlar faydalı bakteriyaların ölümünə və eyni zamanda klostridiyaların artmasına səbəb olur.

Sizin Reklam Yeriniz