Əlaqə Arxiv
news Image
2019.08.15
12:38
| A A A
Dövlət Yol Polisi İdarəsi “Təmiz hava” aylığı çərçivəsində tədbir keçirib
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə tədbir keçirib

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birlikdə avqustun 1-dən 15-dək paytaxtın küçə və prospektlərində, habelə 9 müəssisədə ekoloji vəziyyətin yaxşılaşdırılması və nəqliyyat vasitələrinin zərərli tullantılarının qarşısının alınması məqsədilə tədbirlər keçirib.

Movqe.az xəbər verir ki, SOCAR-ın Ekologiya İdarəsinin Suraxanı rayonu ərazisindəki Nəqliyyat İdarəsinin 4 saylı Texnoloji Nəqliyyat Departamentinin 1 saylı texnoloji nəqliyyat sahəsində bununla bağlı keçirilən tədbirdə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov jurnalistlərə müsahibə verib. Bildirib ki, İdarə 15 gün ərzində paytaxt ərazisində “Atmosfer havasının mühafizəsi haqqında” qanunvericiliyin tələblərinin təmini, ətraf mühitə atılan tullantılarda müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan nəqliyyat vasitəsinin istismara buraxılmasının qadağan edilməsi ilə bağlı “Təmiz hava” aylığını davam etdirib.

Tədbirlər və reydlər çərçivəsində 9 avtonəqliyyat müəssisəsində və avtomobil sexlərində 101 avtomobil yoxlanılıb. Həmin avtomobillərin 4-də mühərrikin işlənmiş qazlarından zərərli maddələrin miqdarının normadan artıq olduğu aşkarlanıb. Yoxlama zamanı həmin avtomobillərdə karbon oksidin miqdarı norma həddinə endirilib.

V.Əsədov deyib ki, yol patrul xidməti əməkdaşlarının keçirdikləri reyd zamanı 280 nəqliyyat vasitəsi yoxlanılıb, onlardan 43 avtomobilin mühərriklərinin işlənmiş qazlardan zərərli maddələrin miqdarının normadan artıq olduğu aşkarlanıb. Həmin avtomobillərin sürücüləri barədə inzibati protokol tərtib edilib. Həmçinin yoxlamaların gedişi zamanı aşkar olunmuş qanun pozuntularının və çatışmazlıqların aradan qaldırılması üçün müəssisə rəhbərlərinə icrası məcburi olan göstərişlər verilib.

Sizin Reklam Yeriniz