news Image
2019.08.22
14:51
| A A A
Ermənistanda “Sibir qarayarası”na yoluxanların sayı artır
11 nəfər bu xəstəliyə tutulub

Ermənistanın Qeqarkunik rayonunda iki gün əvvəl 8 nəfərin “Sibir qarayarası”na yoluxma halları aşkar edilmişdi. Movqe.az erməni KİV-nə istinadən xəbər verir ki, Ermənistan Səhiyyə Nazirliyi avqustun 22-də daha üç nəfərin bu xəstəliyə tutulması barədə məlumat yayıb.

Nazirliyin məlumatında bildirilir ki, Qeqarkunik rayonu Qexovit kəndinin “Sibir qarayarası”nın əlamətləri aşkar edilmiş daha üç sakini Yerevandakı “Nork” infeksiya xəstəlikləri xəstəxanasına aparılıb. Kəndin və ətrafdakı yaşayış məntəqələrinin sakinləri ciddi tibbi müayinə olunurlar. Səhiyyə Nazirliyi əhalini tibbi-gigiyenik normalara riayət edilməsi ilə bağlı xəbərdar edib.

Qeyd olunub ki, bu təhlükəli virusun daşıyıcısı olan mal-qaranın ətindən 25 ailə istifadə edib. Ermənistanın qida təhlükəsizliyi üzrə müfəttişlərinin iştirakı ilə xəstə heyvanların əti yandırılıb