Əlaqə Arxiv
news Image
2019.08.28
20:10
| A A A
Sürətli arıqlama, iştahsızlıq, qarın ağrısı - XƏRÇƏNGİN YENİ SİMPTOMLARI

Bütün xəstəliklərin özünəməxsus simptomları olur. İnsanlar isə psixoloji olaraq istənilən problemdə ən son mərhələdən sonra həkimə müraciət etməyə qərar verirlər. Bu isə ağır nəticələrə səbəb olur. Qrip, baş ağrısı, qan azlığı, mədə-bağırsaq problemləri, eləcə də xərçəng xəstəliklərinin simptomlarına diqqət edib, düzgün vaxtda həkimə müraciət edilərsə, hər bir insanın müəyyən qədər şansı ola bilər.

Movqe.az xəbər verir ki, amerikalı alimlər araşdırma zamanı xərçəng xəstəliyinə işarə edən bəzi yeni simptomlar aşkarlayıblar. Onların fikrincə, onkoloji xəstəliklər də digər xəstəliklər kimi ilkin mərhələlərdə simptomsuz inkişaf edə bilər.

Bu baxımdan onkoloqlar insanları diqqətli olmağa səsləyib. Həkimlər xüsusilə baş ağrısının, iştahsızlıq və sürətli arıqlamanın mədə xərçəngi ilə əlaqəli ola biləcəyini istisna etmirlər. Hər zaman xərçəng xəstəliyinin ilkin simptomları kimi götürülməsə də, bunlara biganə yanaşmaq olmaz. Əgər aşağıdakı problemlərdən şikayət edirsizsə, mütləq həkimə müraciət edin:

- ürək bulanması,

- müxtəlif səbəblərdən arıqlama,

- bağırsaq florasının pozulması,

- nəcis zamanı qanın laxtalarının olması,

- iştahanın azalması,

- yeməkdən sonra qarında diskomfort hissi, ağrılar,

- mədə nahiyəsində qıcıqlanmalar, küt ağrılar,

Həkimlər onu da qeyd edir ki, qastrit və mədə yarası - 5 insandan 3-də rast gəlinən və geniş yayılmış xəstəliklərdir. Və bu xəstəliklərin ağırlaşması, vaxtında müalicə götürməmək gələcəkdə sizi birbaşa xərçəng xəstəsi edə bilər. (publika.az)

Sizin Reklam Yeriniz