Əlaqə Arxiv
news Image
2019.09.04
11:22
| A A A
Qurdu olan insan necə qidalanmalıdır?
Helmint yoluxması, həzm sistemində parazitlərin mövcudluğunun diaqnozu təsdiqini tapdıqdan sonra, xəstə - istər uşaq, istər böyük, gigiyena, dərman müalicəsi ilə yanaşı qidalanmasını da dəyişib, xüsusi pəhrizə əməl etməlidir Movqe.az medicina.az-a istinadən bildirir ki, menyumuzda elə qidalar var ki, qurdları qidalandırır, artırır, eləsi də ola bilər ki, parazitlərə öldürücü təsir göstərir. Qurdu olan insana nələr olar, nələr olmaz? -İlk növbədə qurd öldürücü, qovucu xassəyə malik qidaları bol etmək lazımdır: yemiş, qarpız, balqabaq tumları, yemiş suyu, çiyələk, çiy kök. Təbii ki, bunlar təmiz və saf olmalıdır. -Pasiyentlərə kefir və təmiz kərə yağı tövsiyyə olunur. -Turş süd məhsulları həzmi yaxşılaşdırır, faydalı bakteriyaların sayını artırır -Toyuq, balıq, ət təzə olmalı və termiki işlənməsi düzgün olmalıdır. Yaxşı olar ki, suda və ya buxarda bişirilsin. Amma həftədə 1 dəfə yemək bəs edir -Bol miqdarda giləmeyvə, tam taxıldan çörək, tərəvəzlər qəbul olunmalıdır -İçkilərdən mors, giləmeyvə kiseli, müalicəvi mineral sular - Sarımsaq, mixək, darçın, kəklikotu, istiot, müxtəlif qurd əleyhinə bitki və çaylar Olmaz: -Marqarin yağı -Yağlı, qızarmış ət -duzlu, hisə verilmiş ərzaqlar -İçki -Siqaret -Şəkər, qənd, şirniyyat, tort, konditer məhsulları -Suxarı, çips, duzlu qidalar -Ağ çörək
Sizin Reklam Yeriniz