news Image
2019.09.19
23:00
| A A A
Bir həftə ərzində çörək yeməsək, nə baş verəcək? – Bədən bu funksiyalarını itirə bilər

Çörəkdən imtina son dövrlərin dəbidir. Artıq əksər adamlar çörəyi süfrədən ya tamam uzaqlaşdırıb, ya da əhəmiyyətli dərəcədə azaldıb. Buna səbəb çörəyin ziyanlı olması barədə diyetoloqların həyəcan təbili çalmasıdır.
Movqe.az medicina.az-a istinadən bildirir ki, çörəkdən tamamilə imtina da orqanizm üçün çox ziyanlıdır. Beləliklə bir həftə ərzində çərək yeməsək, orqanizmamızda yarana biləcək problemlər:

Bağırsaqlar zərərli mikroblara qarşı mübarizə aparmaq üçün lifə ehtiyac duyacaq. Ehtiyac olan lif miqdarı hər nə qədər bəzi qidalar tərəfindən qarşılansa da, çörək lif miqdarını artıran ən vacib yeyinti məhsuludur.
Karbohidrat maddəsi bədənin ehtiyacı olan enerjini bərpa edir. Bir həftə çörək yemədiyimizdə bədənin ehtiyacı olan karbohidrat miqdarı azalır. Eyni zamanda karbohidratsızlıqdan deformasiyaya uğrayan olan sinir sistemi, yorğunluq, stress və əsəbilik halı kimi sağlıq problemlərinə səbəb olur.
Çörək bədənin eyni zamanda şəkər miqdarını stabil saxlayır. Şəkər miqdarı düşən insan şəkər koması yaşayır. Aşırı miqdarda şirniyyat növü yemək isə zamanla tarazılıqsız çəki artımına səbəb olur.
Çörək insanı uzun zaman tox saxladığından bədən gün ərzində başqa qidaları qəbul etməyə ehtiyac hiss etməz. Ancaq çörək yeyilmədiyində insan hər qidanı qəbul etmək istəyir. Bu isə artıq çəki deməkdir və bəzi insanlarda qəbizlik, mədə bulanması, mədə ağrıları, şişginlik kimi bir çox narahatlıqlara səbəb olur.

Qara çörək yeməyin faydaları:

Zəifləmək istəyənlər üçün məsləhətlidir. Çeynənilməsi ağ çörəklə müqayisədə daha çətindir, çeynəmə zamanı ağız əzələlərində yorulma baş verdiyinə görə daha az yeyilir.
Qara çörək daha çox çeynənilməlidir. Bu çeynəmə prosesində də leptin hormonu vəzifəsini tam icra edir "Nöropeptid Y" miqdarını azaldır. Bu yolla da iştahanı normada saxlayır.
Pulpa baxımından zəngindir. Pulpa mədə-bağırsaq sistemində şişərək daha çox doyma yaradır. Eyni zamanda bu pulpa bağırsaqda həcm əmələ gətirdiyi üçün bağırsaqlarda süpürgə rolunu oynayır və bağırsaq xərçənginə qarşı mübarizəni formalaşdırır.
Qara çörəkdə olan pulpa digər qidaların və tərkibindəki şəkərin qana qarışmasını ləngidir, beləliklə daha uzun toxluq hissi verir. Buna görə də aclıq hissi tez yaranmır
Tam taxıl çörəyinin içindəki B qrupu vitaminləri xüsusilə uşaqlarda öyrənmək və qavramaq funksiyasını formalaşdırır.

money.az currency