Əlaqə Arxiv
news Image
2019.10.06
20:07
| A A A
Bütün qruplara uyğun gələn süni qan yaradıldı

Yaponiyada uzun illərdir süni qan yaradılması uğurla başa çatıb. Alimlərin fikrincə, bu mayeni xəstələrə qan qrupu fərqi olmadan köçürmək olar.

Mövqe.az yenicag.az-a istinadən bildirir ki, elmi işin nəticələri Transfuzion dərgisində çap olunub.

Süni qan xüsusi temperaturda 1 il qala bilər.

Müqayisə üçün deyək ki, donor qanının trombositlri 4 gündən, eritrositlər isə 20 gündən çox qalmır.

Uzaq bölgələr, adalarda, stansiyalarda kifayət qədər donor qanını uzun müddət saxlamaq olmur. Süni qan belə hallarda insanları xilas edə bilər.

Eləcə də qan lazım olanda problemlərdən biri də qrup uyğunluğudur. Təcili qanköçürmə zamanı sayılan dəqiqələrdə müvafiq qrup qanı axtarmaqdansa, bu süni qan köməyə çata biləcək. O, bütün qruplara düşür.

Sizin Reklam Yeriniz