news Image
2019.10.09
10:00
| A A A
Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb (ÖZƏL)
Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb. Movqr.az-ın məlumatına görə, ötən il müalicə - profilaktika müəssisələrində qeydiyyatda olan sifilislə xəstələnənlərin sayı 2733, 2017-ci ildə 2394, 2016-cı ildə 1587, 2015-ci ildə 1084, 2010-cu ildə 770, 2005-ci ildə 547 nəfər olub. Azərbaycanda ilk dəfə sifilis diaqnozu qoyulanların da sayı artıb. 2018-ci ildə ilk dəfə qoyulmuş sifilis diaqnozu ilə qeydə alınmış xəstələrin sayı 981 olub. Bu göstərici 2017-ci ildə 967, 2016-cı ildə 907, 2015-ci ildə 560, 2010-cu ildə 294, 2005-ci ildə 222 olub. Sifilis diaqnozu qoyulanların çoxu kişilər olur. Belə ki, keçən il ərzində müalicə - profilaktika müəssisələrində qeydiyyatda olan sifilislə xəstələnənlərin 1 829-u kişi olub. Ötən il ilk dəfə sifilis diaqnozu qoyulanların 682-i, 2017-ci ildə 652-si, 2016-cı ildə 593-ü, 2015-ci ildə 374-ü, 2010-cu ildə 191-i, 2005-ci ildə 139-u kişi olub. Keçən il əhalinin hər 100 000 nəfərinə düşən ilk dəfə sifilis diaqnozu qoyulanların sayı 10-u (2017-ci ildə 9,9 nəfər) nəfər olub. Azərbaycanda sifilisli xəstələrlə yanaşı, qonokokk infeksiya ilə (süzənək) xəstələnənlərin də sayı artıb. Ötən il müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan qonokokk infeksiya ilə xəstələnənlərin sayı 173 nəfər olub. Bu say 2017 (152) və 2016-cı ilə (105) nisbətən çox olsa da, 2005-ci illə müqayisədə (1 360 nəfər) xeyli azdır.
money.az currency