Əlaqə Arxiv
news Image
2019.10.13
20:14
| A A A
Şəkər xəstəliyini müalicə edir...

Alimlər balıq yağının daha bir faydasını sübut ediblər. Onlara görə, balıq yağı şəkərli diabet xəstəliyini müalicə edir. Balıq yağı çox faydalı bir qidadır, lakin xoşagəlməz dadı, qoxusu səbəbindən bir çoxları ondan imtina edirlər.

Mövqe.az e-tibb.az-a istinadən bildirir ki, ABŞ-dan olan mütəxəssislər bu məhsuldan imtina etməməyi məsləhət görürlər. Hesab edirlər ki, balıq yağı diabetin düşmənidir. Onlar bu yaxınlarda balıq yağı ilə bağlı geniş bir araşdırma apararaq onun təsəvvür edə biləcəyimizdən daha faydalı olduğunu bildiriblər.

Məlum olduğu kimi şəkər bir çox problemlərə, müxtəlif patologiyalara səbəb olur. Şəkərli diabetin ən çox rast gəlinən fəsadları, ürəkdə yaranan problemlər, yüksək təzyiqdir. Diabet görmə qabiliyyətini də azaldır, hətta görmənin itməsinə səbəb olur. Bütün bunlar metabolizmin yavaşlaması və qan damarlarının tıxanması səbəbindən baş verir.

Bildirilir ki, ən təbii məhsul olan balıq yağı tərkibindəki yağ turşuları və vitaminlər (A və D) sayəsində bədəndəki xolesterin səviyyəsini aşağı salır. Bundan başqa, A vitamini görmə qabiliyyətini yaxşılaşdırmağa kömək edir.

Təcrübələr zamanı məlum olub ki, balıq yağı insan orqanizminə heç bir mənfi təsir göstərmir. Endokrinoloqlar yalnız doza və qəbul qaydalarına əməl etməyi məsləhət görürlər. Bir diabet xəstəsi balıq yağını (kapsulda və ya təmiz formada) yalnız yeməkdən sonra içməlidir. Boş mədəyə içmək qadağandır. Əks təqdirdə ürək bulanması, baş ağrısı və ishal yarana, ağızdan balıq qoxusu gələ bilər...

Sizin Reklam Yeriniz