Əlaqə Arxiv
news Image
2019.10.20
18:36
| A A A
Uzunömürlülərin qidası - balığın sağlamlıq üçün 10 FAYDASI

Balıq və balıq məhsullarının insan bədəninə saymaqla bitməyəcək qədər faydaları var.

Qidalanmasında daha çox balıq və balıq məhsulları olan xalqlar uzunömürlülük və sağlamlıqla seçilir.

Milli.Az publika.az-a istinadən bildirir ki, buna görə balığın faydalarını təqdim edirik. Bu faydalar mütəxəssis dietoloqlar və həkimlər tərəfindən təsdiq edilmişdir.

1.Ürəyin və damarların sağlamlığını qoruyur.
Balığın tərkibində Omeqa 3 və Omeqa 6 doymamış yağ turşuları var. Bu yağlar xolesterolun səviyyəsini aşağı salır, infarkt və insultdan qoruyur.

2. Xərçəngdən qoruyur.

Dəniz məhsullarının tərkibində olan Omeqa 3 yağlarındakı EPA və DHA-lar eikosanoidlər bədənin xərçəngə və digər öldürücü xəstəliklərə qarşı qoruyan hormonabənzər maddələrdir.

3. Oynaqlara faydalıdır.

Oynaqlarda iltihabın qarısını alır. Oynaqların şişməsinə yol açan artritin simptonmlarını azaldır.

4. Gözün sağlamlığı üçün vacibdir.

Mütəmadi balıq yemək gözün parlaq və sağlamlığını təmin edir. Omeqa 3 yağı görüntünün bulanıqlaşmasına yol açan və yaşla bağlı olan, degenererasiyaya məruz qalanlarda görmə funksiyalarını qoruyur.

5. Dəniz məhsulları vücudun problemsiz işləməsi üçün lazım olan yod, selenium və kaliuma malikdir. Balıq A və D vitamininə malik ən zəngin qidalardandır.

6. Nəfəs problemlərinə təsirlidir.

 
 

Ağciyərlərin qorunmasına yardımçı olur. Uşaqlarda astmanın ilkin simptomlarının qarşısını alır.

7. Depressiya ilə mübarizədə faydalıdır.

Omeqa 3-ün aşağı səviyyədə olması depressiyanın yüksək səviyyədə olması ilə bağlıdır. Dəniz məhsulları mövsümi duyğuların balansda qalmasına yardımçı olur.

8. Dərinin sağlamlığı və gözəlliyi üçün əvəzedilməzdir.

Dərinin ultrabənövşəyi şüalardan aldığı zədələri aradan qaldırır. Elastikliyi və protein deposunu təmin edir.

9. Bağırsaq xəstəliklərindən qoruyur.

10. Beyin gücünü artırır.

İnsan beyninin 60%-i yağdır. Bunun əksər hissəsini də Omeqa 3 təşkil edir. Diqqətin toplanmasında, oxuma bacarığının yaxşılaşmasında, davranış, hiperaktiv pozuntuların aradan qaldırılmasında balıq ən təsirli vasitələrdəndir.

Sizin Reklam Yeriniz