news Image
2019.10.23
22:06
| A A A
Üzümün tumlarını atmayın – Orqanizmə 7 faydası

Fransızlar üzüm yetişdirir, şərabını düzəldir və üzümü çox yeyir. Onlar üzümü tumları ilə birgə yeyir və digər millətlərin üzümü yeyərkən tumlarını tüpürdüyünü görəndə şoka düşürlər.

Bir çoxları belə bir mifə inanır ki, üzümü tumları ilə yedikdə kəskin appendisit yaradır. Bu yanlış fikirdir.

Siz də üzüm yeyərkən tumlarını çıxarıb, boşqaba yığırsız?

O zaman onun faydalarını oxuyun.

Mövqe.az medicina.az-a istinadən üzüm tumlarının yeməyin və qurudub istifadə etməyin faydalarını təqdim edir:

-  Üzüm tumların yağ turşuları, amin turşuları, flavonoidlər, antioksidantlar var. Ona görə bu tumlar antibakterial və iltihab əleyhinə təsir edir.
-  Orqanizmin vaxtından əvvəl qocalmasına qarşıdır

-  Qan dövranını yaxşılaşdırır, kapilyarları möhkəmləndirir, arteriya və venaları təmizləyir.
-  Varikoz və ürək-damar problemlərinin qarşısını alır

-Üzüm tumund aolan maddə qanı duruldur, tromb əmələ gəlməsinə qarşıdır
-Dərini, saçları yaxşılaşdırır, üzüm çəyirdəyinin yağı cavanlıq mənbəyidir
-Ağciyərləri təmizləyir
 
 -İmmun sistemini möhkəmləndirir

-Bədəni virus və bakteriyalardan qoruyur
-Bağırsaqları təmizləyir, detoks effekt verir

-Allergiyaya qarşıdır
-Qurdlara qarşı antihistamin təsir edir
-Piyləri əridir