Əlaqə Arxiv
news Image
2019.11.11
22:27
| A A A
Dırnaq göbələyi təbii üsulla necə müalicə olunur?

Statistik məlumatlara görə, əhalinin təxminən 20%-i dırnaq göbələyi-onikomikoz xəstəliyindən əziyyət çəkir. Göbələk payız dövründə xüsusilə geniş yayılır və təhlükəli sayılır. Bu, hava şəraitindən, yəni onikomikozların çoxalması üçün əlverişli şərt olan nəmlikdən, həmçinin qapalı, isti ayaqqabılara keçiddən irəli gəlir.

Xəstəliyin meydana gəlməsi ürək-damar xəstəlikləri, dizbakterioz, diabet problemi ilə bağlı bəzi dərmanların uzun müddətli istifadəsi ilə də əlaqəli ola bilər.

Mövqe.az medicina.az-a istinadən bildirir ki, burada əhəmiyyətli rolu isə avitaminoz, yəni vitamin çatışmazlığı oynayır. Bəs dırnaq göbələyinin qarşısını almaq üçün nə etmək lazımdır?

Təbii ki, istənilən halda ilk növbədə həkimə müraciət olunmalıdır. Dərman müalicəsi ilə yanaşı dırnaq göbələyinə qarşı təbii yolla effektli müalicə üsulları da təklif olunur.

Ekineziya (echinacea) yarpaqları ilə doldurulmuş tünd rəngli qaba araq əlavə etmək və 3 həftə ərzində qaranlıq, isti yerdə saxlamaq lazımdır. Hər gün qabı silkələmək vacibdir. Bu müddətdən sonra bu qarışığı süzüb alınan məhlulu, 15-25 gün ərzində gündə 20 damcı qəbul edin.

Əgər göbələk artıq qaşınma, dəridə və dırnaq lövhəsində zədə yaradıbsa, onda sarımsaqdan və 90 dərəcə spirtdən hazırlanmış xüsusi vasitəyə müraciət etmək lazımdır. Su, sarımsaq suyu və tibbi spirti bərabər nisbətdə qarışdırmaq və gündə 2 dəfə dırnaqlara və ya dəriyə vurmaqla müalicə etmək lazımdır. Effekti görmək üçün uzun zaman gözləmək lazım olmayacaq və artıq 3-4 gündən sonra xəstəlik keçəcək.

Sizin Reklam Yeriniz