Əlaqə Arxiv
news Image
2019.11.12
23:03
| A A A
Bitlərdən 1 günə belə qurtulun - Bunu hər bir ana bilməlidir!

Uşaqlar arasında bitlərə yoluxma (pedikulyoz) hallarına tez-tez təsadüf edilir. Bundan utanmaq lazım deyil.

Çoxdan sübut olunub ki, pedikulyozun gigiyenaya və təmizliyə heç bir aidiyyatı yoxdur. Bitlər hərəkət edir və bir insandan digərinə asanlıqla keçə bilir. Bu başqa insanın papağını, paltarını geyindikdə, başqa insanın darağından istifadə etdikdə mümkündür.

Mövqe.az saglamolun.az-a istinadən tanınmış ukraynalı pediatr Evgeniy Komarovskinin pedikulyozun müalicəsi ilə bağlı olan tövsiyələrini sizə təqdim edir.

Həkimin sözlərinə görə, valideyn uşaqda bitləri aşkar etdikdə mütləq bu haqda məktəb və ya baxçaya məlumat verməlidir. Bu nə üçün vacibdir? Eyni sinifdə və ya bağça qrupunda olan digər uşaqlarda da pedikulyoz ola bilər və uşağınız müalicə aldıqdan bir müddət sonra yenə bitlərə yoluxa bilər.

Ümumdünya Səhiyyə Təşkilatı, müxtəlif ölkələrin Pediatr və İnfeksionistlər Assosiasiyaları pedikulyozun müalicəsində "permetrin" adlı dərmandan istifadə etməyi tövsiyə edirlər. Preparatın adı başqa da ola bilər - məsələn, "pedeks", "pedikulen", "nix", lakin tərkibində permetrin olmalıdır. Əczaçı sizə bitlərə qarşı hər hansı darman təklif etdikdə onun tərkibinə mütləq fikir verin! Permetrin yoxdursa - almayın.

Pedikulyozun müalicəsi

Uşağın saçlarını qabaqcadan yuyun. Permetrini pambıq tamponun köməyi saçlara (xüsusilə saçların köklərinə) çəkin. Vasitə saçların bütün uzunluğu boyu çəkilməlidir. Fikir verin ki, permetrin uşağın gözlərinə və ağzına düşməsin! Daha sonra uşağın başına yaylıq bağlayın və 40 dəqiqədən sonra saçlarını yuyun və yaxşı darayın.  

Bu preparat çox effektlidir və onun 1 dəfəlik istifadəsi bitlərdən tam qurtulmağa imkan verir. Lakin pediatrlar qeyd edir ki, müasir şampunların tərkibində olan bəzi maddələr, xüsusilə silikon permetrinin təsirini azaldır. Bu səbəbdən pediatrlar permetrini 9-10 gündən sonra təkrar istifadə etməyi tövsiyə edirlər.

Diqqət! Pediatrlar pedikulyozun müalicəsi zamanı uşağın saçlarını qırxmağı, ağ neft, sirkə və s. bu kimi vasitələrdən istifadə etməyi qəti şəkildə tövsiyə etmirlər.

Permetrin "profilaktik" məqsədlərlə istifadə olunmur. Bitlər aşkar olunubsa istifadə olunur, olunmayıbsa - yox.

Sizin Reklam Yeriniz