Əlaqə Arxiv
news Image
2019.11.14
18:33
| A A A
5 sm-ə kimi çatan tükbaş qurdlar - Bədəninizin qanını içir

Bu qurdlara yoluxanlar askaridlərdən də çoxdur. Tükbaş qurdlarının törətdiyi xəstəlik trihosefalöz adlanır. Bu xəstəlikdən bütün dünyada uşaqlar da, böyüklər də əziyyət kəçir.

Mövqe.az medicina.az-a istinadən bildirir ki, Tükbaş qurdları yoluxmuş adamların yoğun bağırsağında yaşayırlar. Uzunluqları 3,0 - 5,5 sm çatır. Qurdlar tük kimi nazik başları ilə bağırsağın divarını və oradakı qan damarlarını deşirlər, zəli kimi qan sorurlar. Yoluxmuş adamın bağırsağında bir neçə dənədən minlərləyədək tükbaş qurdları ola bilər. Onların hər biri sutkada 0,005 ml qan içir. 

Miqdarı az olanda xəstə uzun müddət heç bir ciddi narahatlığ hiss etməyə də bilər. Parazitlərin sayı 800-dən çox olanda qan azlığı (anemiya) yaranır. Tükbaşlar yoğun bağırsaqda 5 ildən çox yaşayırlar. Dişi qurdlar vaxtaşırı yumurtalayırlar (sutkada hər biri 3500 dək). Yumurtalar nəcislə torpağa düşürlər, müxtəlif əşyaların üzərinə yapışırlar (unitazlara, natəmiz adamların əllərinə və onlardan dəsmallara, pullara, qida məhsullarına və s.). Əşyalar üzərində yumurtalar təhminən 1 ay yetişirlər və 3 il yoluxucu olurlar.

Tükbaş qurdlarına yoluxma onun yumurtalarını udanda olur: tozlu havadan, çirkli əllərdən, yaxşı yuyulmamış meyvə-tərəvəzdən və s. Hamı tozlu hava udur. Natəmiz adanlar hər yerdə var. Pullar hər gün onlarında əlində olur, sizində. Belə adamlar içtimayi yerlərdə hamının açdığı qapıları açırlar, tutacaqdan tuturlar, bir neçə adama əl verirlər və s. Odur ki, heç kim tükbaşa yoluxmadan sığortalanmayıb. Bu qurda uşaqlar da yoluxur, böyüklər də.

Udulmuş yumurtalardan yoğun bağırsaqda sürfələr çıxırlar. Onlar qanla qidalanırlar və 2 aya cinsi yetişib, yumutalamağa başlayırlar.

Bu qurda yoluxmuş adamlarda müxtəlif əlamətlər ola bilər:

Ağızdan, tərdən, nəcisdən pis qoxu gəlməsi, öyümə, qusma, selik axma, diş ətinin qanaması, diş qıcıltısı, ağızda-dildə yaralar (stomatit), tez-tez soyuqlama, xroniki tonzillit, qan azlığı, qarın və baş ağrıları, baş hərlənmə, özündən getmə,qıcolma, halsızlıq, qəbslik ya ishal, nəcisdə qan, uşaqlar fiziki inkişafdan geri qala bilər, iştah pozulması, arıqlama, gözlərin zəyifləməsi, dəridə səpkilər, sızanaqlar, qaşınmalar, saçların tökülməsi, yuxusuzluq, nevroz, menstruasiya pozulması, sonsuzluq, uşaq salma, kişilərdə cinsi zəyiflik, spermin keyfiyətinin pozulması və s.

Bəzi xəstələrdə gücənməkdən düz bağırsaq çölə çıxir. Onda bağırsağa zəli kimi yapışmış qurdları görmək olur.

Endoskopistlərin və cərrahların nəzərinə! Qanla dolmuş qurdlar poliplərə oxşayırlar!

Tükbaş qurdları apendisitin əsas səbəbidirlər.

Bu qurdlar hətda bağırsağı tam deşıb, çox təhlükəli peritonit də törədə bilirlər.

Hər kəsin tükbaşlara özünə məhsus reaksiyası var. Kimdəsə əlamətlərin biri-ikisi, başqasında isə daha çoxu ola bilər. Əlamətlərin ifadə dərəcəsidə mühtəlif olur.

Tükbaşların törətdikləri əlamətlər, xəstəliklər müxtəlif olduğuna görə, xəstələr müxtəlif ixtisaslı həkimlərə müraciyət edirlər: terapeft, pediatr, qastroenteroloq, endoskopist, cərrah, hematoloq, nevropatoloq, dermatoloq, qinekoloq, okulist və s.

Təəssüf ki, əksər həkimlərin qurd heç yadına düşmür. Təcrübəli həkimlər tükbaşlardan şübhələnəndə, xəstələri analizə göndərir. Qurdlar yoluxmadan təhminən 2 ay sonra vaxt aşırı yumurta qoymağa başlayırlar. Ona görə, nəcisdə onların yumurtaları nadir hallarda aşkar olunur. Əksər xəstələrə müxtəlif müayinələr edilir, diaqnozlar qoyulur: kolit, enterit, disbakterioz, anemiya, uşaq salma, epilepsiya, xroniki yorğunluq, hipotoniya, allergiya, piodermiya və s. Tükbaşların yaratdıqları qan azlığı və qanın çirklənməsi bütün orqanlara təsir edir.

Sizin Reklam Yeriniz