Əlaqə Arxiv
news Image
2019.11.17
21:55
| A A A
Qocalığı ləngidən qidalar

Mütəxəssislər, gənc görünüşə malik olmağa və dərinin möhkəmliyini qorumağa kömək edəcək 10 məhsulu qeyd edib.

Pomidor dərinin görünüşünü yaxşılaşdıra bilər. Pomidorun tərkibindəki likopen antioksidantı, həmçinin A və C vitaminləri üzün dərisini yeniləyir.

Mövqe.az deyerler.org-a istinadən bildirir ki,  pomidordan gündəlik istifadə dərinin ultrabənövşəyi radiasiyadan qorunmasını 33% artır və yaşlanma prosesi yavaşlayır.

Bundan əlavə, yaşıl çay da olduqca faydalıdır, o yalnız dəriyə deyil, qan damarlarına da təsir göstərir.

İltihabi prosesləri aradan qaldırmaq üçün brokoli ən yaxşı məhsul olaraq tanınıb.

Tərkibi antioksidantlarla, kalsium, kalium və A, E, B6, B12 vitaminləri ilə zəngin olan fındıqlara da diqqət yetirmək lazımdır. Onların bədəndə su tarazlığını qoruması qeyd edilir.

Dərinin bərpası proseslərini sürətləndirmək və qırışların əmələ gəlməsini ləngitmək üçün mütəxəssislər avokado və qızılbalıq yeməyi məsləhət görür.

Mütəxəssislər eyni zmanda dərinin möhkəmliyi üçün faydalı olan zeytun yağını, yarpaqlı salatları, qaragiləni və tünd şokoladı da məsləhət görür.

Oktyabr ayında İtalyadan olan dietoloqlar həmyerlilərinin uzun ömürlülüyünün sirrini açıb. Ölkə ömür uzunluğunda liderlərdən biridir. Burada kişilər orta hesabla 81 yaşa qədər, qadınlar isə 85 yaşa qədər yaşayırlar. Buna səbəb düzgün qidalanma və yüksək keyfiyyətli qida məhsullarıdır. İtalyanların qida rasionu protein, fol turşusu, antioksidantlar, A və E vitaminləri ilə zəngindir. Mütəxəssislər bədənin cavanlığını mümkün qədər uzatmaq üçün süd məhsullarından, göyərtilərdən, salatlardan istifadə etməyi və səhər yeməyi zamanı yeni sıxılmış qreypfrut suyunu içməyi tövsiyə edir. Dietoloqlar rasiona, hər kiloqram çəkiyə ən azı 1,1 qram protein daxil etməyi tövsiyə edir. Bu, qidalanmasına diqqət edən insana, kifayət qədər əzələ kütləsini saxlamağa kömək edəcək.

Sizin Reklam Yeriniz