Əlaqə Arxiv
news Image
2019.11.22
19:59
| A A A
Nə üçün hər gün şorba içməliyik? - SƏBƏBLƏR

Şorba quru yeməklərdən daha faydalıdır. Detoks kimi təsir etdiyindən xərçəng, həzm sistemi və xolesterin kimi bir çox sağlamlıq problemini həll edir.

Mövqe.az medicina.az-a istinadən bildirir ki, xüsusilə qış aylarında immuniteti qüvvətləndirmək üçün şorbanı süfrədən əskik etməmək lazımdır. Qış aylarında qida menyunuza daxil etdiyiniz şorba çəkinizi taraz saxlamağa kömək edir.

İnsana ağırlıq deyil, toxluq hissi verir. Həmçinin, şorbanı isti-isti içdiyimizdən, onu sürətlə yeyə bilmirik. Bu da həzm prosesini yaxşılaşdırır. Şorbaların bir çox növü mövcuddur. Hər şorbanın orqanizmə faydası fərqli olduğu üçün həftə ərzində 3-4 növ şorba bişirməyə çalışın. Mövsümi tərəvəzlərlə bişirilən şorbalar tərkibindəki vitaminlər baxımından daha faydalıdır.

Şorba bədəndəki toksinlərin atılmasına da kömək edir. Bundan əlavə isti şorba mədə divarının gərilməsinin qarşısını alır. Evdar xanımlara daha tez bir şəkildə yemək hazırlamaq imkanı yaradır. Yay aylarına nisbətən daha az içdiyimiz maye istehlakını şorba sayəsində bərpa etmiş oluruq.

Sizin Reklam Yeriniz